gundemxeber.az-ın Xəzərxəbər-ə istinadən məlumatına görə, Bakıya gələn turistlərin sayı artdıqca, şəhərin "Tarqovı" adlanan mərkəzi küçəsində (indiki Nizami küçəsi) sıxlıq müşahidə edilir. Turistlərin gəzintiyə çıxması üçün yeni mərkəzi küçələrin salınması təklif olunur.
Milli Turizm Təbliğat Bürosunun mətbuat katibi Kənan Quluzadənin sözlərinə görə, ötən il turistlərin sayında 12%-ə qədər artım qeydə alınıb. Yol xəritəsi bütün turizm sənayesi iştirakçılarının qarşısına turist sayını 2016-cı illə müqayisədə 2020-ci ildə 2 dəfə artırmağı tapşırıq kimi qoyub.
Bakının əhalisini nəzərə alsaq, bu, 15 milyon insan deməkdir. Bu səbəblə də hətta 3-cü gəzinti küçəsinin yaradılması planlaşdırılır.
K.Quluzadə bildirib ki, mərkəzi univermağın yaxınlığında, Nizami küçəsinə aparan yolda yerləşən binaların tarixi əhəmiyyəti böyükdür. Layihəyə görə gəzinti mərkəzləri bilərəkdən hazırki Nizami Küçəsinə yaxın salınacaq. Onun sözlərinə görə, turistlər İçəri Şəhərə yaxın olan ərazilərə daha çox maraq göstərirlər.
Sorğu
Yeni dizaynımız necədir?