GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » “MAVİ”nin 50 ÇALARI: HOMOSEKSUALİZM NƏDİR və tarixdə izi... - ARAŞDIRMA

“MAVİ”nin 50 ÇALARI: HOMOSEKSUALİZM NƏDİR və tarixdə izi... - ARAŞDIRMA

Tarix: 13-12-2017, 19:45 Bölmə :Maraqlı Baxış: 705
“MAVİ”nin 50 ÇALARI: HOMOSEKSUALİZM NƏDİR və tarixdə izi... - ARAŞDIRMA


Son günlər xəbər saytlarında Bakıda LGBT üzvlərinin kütləvi şəkildə saxlanıldığı və inzibati qaydada həbs edildiyi barədə məlumatlar öz əksini tapır. Məlumatlara görə, son bir neçə gündə paytaxtda 100-dən çox homoseksual saxlanılıb. Bildirilir ki, saxlanılan cinsi azlıq nümayəndələri məcburi qaydada tibbi müayinədən keçirilir və onların QİÇS xəstəsi olub-olmadığı dəqiqləşdirilir.

Publika.az son hadisələrin fonunda bu “qorxunc” və “dəhşətli söz” – homoseksualizmin tarixdə, müxtəlif mədəniyyətlərdə hansı təqiblərlə üzləşdiyini aşağıdakı geniş icmalla oxuculara çatdırır.

Homoseksualizm nədir?

Alimlər bunun fərdin öz seçimi olmadığını dəfələrlə dilə gətirsələr də, hələlik konkret isbatı yoxdur və bütün fikirlər fərziyyə olaraq qalır. Lakin mövcud olan nəzəriyyələri, faktları tutuşduranda, müqayisə edəndə tibb alimlərinin dediklərini qulaqardına vurmaq, yumşaq desək düz deyil.

Niderland beyin institutunun direktoru, neyrobioloq Dik Svaab hesab edir ki, homoseksual olub-olmamaq insan hələ doğulmamışdan əvvəl müəyyənləşir.

***

Amerika Pediatriya Akademiyası 2004-cü ildə bəyan etdi: "Böyük ehtimalla, seksual orientasiya konkret bir faktorla deyil, genetik, hormonal və mühitin təsiri ilə müəyyənləşir".

***

Kral Psixiatriya Kollegiyası (Böyük Britaniyanın əsas professional psixiatrlar assosiasiyası) 2007-ci ildə bəyan etdi: "Təxminən bir əsrlik psixoanalitik və psixoloji spekulyasiyaya baxmayaraq, şəxsin homoseksual yaxud heteroseksual olmasında tərbiyənin xarakteri və erkən uşaqlıq təcrübəsinin hər-hansı rolunu göstərən heç bir dəlil yoxdur. Görünür ki, seksual oriyentasiya bioloji təbiətli olub, genetik faktorların və erkən bətndaxili mühitin mürəkkəb qarşılıqlı təsiri ilə əvvəlcədən müəyyən olunur. Buna görə də cinsi oriyentasiya şəxsin özü tərəfindən seçilmir."

***

17 iyun 2011 ci ildə BMT ilk dəfə olaraq, “İnsan huquqları, seksual oriyentasiya ve gender bərabərliyi” qətnaməsini qəbul etdi. Qətnaməyə əsasən, seksual oriyentasiyaya görə diskriminasiya qadağan edilir.

***

Bir çoxları üçün qorxunc və dəhşətli söz – homoseksualizm termini yunan sözü olan “homos”dan gəlir, hansı ki, "eyni" mənasını bildirir. Buna xüsusi diqqət yönəltmək lazımdır ki, homoseksualizm sözünün kökü latın sözü olan və “insan” mənasını bildirən “homo” sözündən deyil, məhz yunanların “homos” - “özü kimi”, “eyni” sözündən yaranıb.

Dəqiq statistik məlumatlara əsasən, dünyada 4-6% kişi və bir o qədər də qadın homoseksualdır. Yəni planetimizdə yaşayan insanların 10%-i eynicinslilərə meyllidir. Bu faiz nisbəti bütün cəmiyyətlər üçün xarakterikdir - tarixi dövrdən, yaşam tərzindən, mədəniyyətdən, mentalitetdən və dindən asılı olmayaraq, dünyanın hər bir qarışında homoseksuallar olub və var. Buradan yola çıxaraq izah etmək olar ki, mühit və təbliğatın rolu arxa plana keçir və yollar Romaya yox, bioloji faktorlara aparır. Belə ki:

***

Homoseksualizmin səbəbləri kimi hamiləlik dövründə hormonal pozulmalar göstərilir. Kliniki psixoloq, Jeşuv universitetinin professoru Meçislav Radoxonskiy hesab edir ki, hamiləlik dövründə hormonal pozulmalar cins seçimi üçün cavabdeh olan beyin mərkəzinin yanlış inkişafına gətirib çıxara bilər. Bu halda "qadın beyinli" oğlan doğulur ki, gələcəkdə onu intim seçimlərdə problemlər gözləyir.

***

Homoseksual davranış yalnız insanlara məxsus deyil – o, heyvanlar dünyasında da demək olar ki, universal hadisədir. Qeyri-ənənəvi oriyentasiyanın nümayəndələrinə delfinlər, qağayılar, itlər, zürafələr, aslanlar, qoyunlar və hətta milçək-drozofillər arasında da rast gəlinir.

1999-cu ildə Kanada tədqiqatçısı Bryus Beydjmil "Bioloji bolluq: heyvanların homoseksuallığı və təbii müxtəliflik" adlı kitab dərc etdi. Müəllif kitabda o vaxta qədər məlum olan heyvanların homoseksuallığı haqqında bütün elmi araşdırmaların məlumatlarını topladı. Beydjmil kitabda ümumilikdə heyvanların 450 növündə eynicinsli intim münasibətlərin sübutlarını yığmağı bacardı.

Homoseksualların tarix boyu müxtəlif ölkələrdə üzləşdikləri

Bütün zamanlarda müxtəlif ölkələrdə homoseksuallara münasibət birmənalı deyildi. Haradasa onları qadağan edir, cəzalandırır və hətta öldürürdülər. Amma haradasa əksinə, həvəsləndirirdilər. Qədim Şumer fahişəxanalarından tutmuş, inkvizisiya tonqalları vasitəsilə Viktorian dövrü psixiatrik klinikalara qədər - homoseksualları harada müalicə etməyə çalışırdılar, harada cəzalandırırdılar, harada öldürürdülər - bütün bunlara publika.az aşağıdakı icmalda nəzər salır.

Qədim Misir

Müasir ölçülərə görə, kifayət qədər azad mədəniyyətə malik Misirdə, əksər qədim misirlilərin ümumiyyətlə geyimsiz gəzmələrinə baxmayaraq, homoseksualizm bu ölkədə yaxşı qəbul edilmirdi. Misirlilərin ilk bircinsiyyətli cütlüyü Xnumxotepa və Nianxxnuma idilər. Onlar beşinci sülalədən olan firon Niuserrin idarəçiliyi dövründə eramizdan əvvəl 2458 – 2422-ci illərdə yaşayırdılar və yüksək vəzifəli ağalar idilər. Hər iki şəxs kral gözətçiləri rütbəsini daşıyır və fironun etibarlı adamları sayılırdılar. “Ölülər Kitabı”nın 125-ci fəslində homoseksualizm 42 günahdan 27-cisi hesab edilirdi və günahkar qədim misirli, “Allahlar məhkəməsi”nin qarşısında mühakimə olunmalı idi.

Mesopotamiya

Qədim Uruk şəhəri üçün ümumiyyətlə fahişəlik, o cümlədən homoseksuallıq xarakterik sayılırdı. Hərçənd, eramizdan əvvəl II minilliyin assuriya qanunlarına əsasən homoseksuallıq sərt cəzalanmalı idi. Qanunlarda hətta bu barədə xüsusi paraqraf da yer alırdı ki: "Əgər insan öz bərabəri ilə münasibətdə olarsa, o, ifşa edilməli və axtalanmalıdır".

İsrail və İudey

Burada hər şey kifayət qədər ciddi idi. Levit kitabında yazılır:

"Və Yaxve Musaya dedi: İsrail oğullarına de: ...və kişi ilə yatağa girməsinlər, bu iyrənclikdir... Özünüzü bütün bunlarla təhqir etməyin, çünki bu işlərlə murdarlanan xalqları Mən sizdən uzaq tutdum".

"...Və insan, hansı ki, qadınla yatdığı kimi kişi ilə də yatır, öldürüləcək!".

Hindistan

Qədim Hindistanda homoseksualizmə münasibət və ona veriləcək cəza regionlardan, o cümlədən bu əməldə ifşa edilmiş konkret insanın rütbəsindən, kastasından asılı idi. Qızlar üçün cərimə nəzərdə tutulmuşdu: Braxman əyalətində saçları qırxılır, Kşatrada 2 barmağı kəsilir və digər yerlərdə uzunqulağa mindirilərək hər kəsin önündən keçirilir və lənətlənirdi.

Eyni zamanda, Vatsyayanı Mallanaqinin III əsrdə yazılmış "Kamasutra" traktatında hərəmağalarının iştirakı ilə eynicinslilərin intim səhnələri təsvir olunur. Kitabı araşdırarkən məlum olur ki, bəzi kişilərin qulaqlarında parlaq bəzəklər var idi və onlar gənc xidmətçilər hesab edilirdi.

Qədim Çin

Kim düşünə bilərdi, amma qədim Çin homoseksuallara qarşı ən loyal ölkələrdən biri idi. Bilindiyi kimi, müəyyən vaxta qədər burada bircinsiyyətli münasibətlər heç vaxt cəzalanmırdı. Əksinə, Qərbi Xan sülaləsinin imperatorları hərəmxanalarda qadınlarla yanaşı, saysız-hesabsız cavan oglanlar saxlayırdılar. Fuszyan əyalətinin rəhbərliyi isə daha da irəli gedərək, Xu Tyanbao mədəniyyətinə aid kişilərin arasında bircinsiyyətli nikahlara icazə verirdi.

Avropa

Avropada da bu mövzuya loyal yanaşılırdı. Qədim tarixçilərin çoxsaylı yazılarına rast gəlinir ki, almanlar, keltlər, etrusklar və başqa Avropa xalqlarının homoseksualizmə münasibəti tamamilə normal idi. Diodor Siciliyskinin homoseksual keltlər haqqında xüsusi qeydləri var: "Çox gözəl görkəmli qadınlara malik olmalarına baxmayaraq, qallar onlara az diqqət ayırır, ehtirasla kişi qucağına cumurdular". Eyni zamanda, eramızın II əsrində Romada işləmiş qədim yunan həkimi Soran Efesski öz elmi işlərində homoseksualizm haqqında onun psixi patologiya olduğu fikrini bildirirdi.

Orta əsrlər

Antik dövrü "tünd əsrlər" əvəzləməyə başladıqca homoseksuallığın da “qara günləri” başladı. Kilsə və Müqəddəs İnkvizisiya istənilən bircinsiyyətli əlaqələri kəsir, ümumiyyətlə şəhvaniyyətin istənilən təzahürlərinin əleyhinə idi.

Bu səbəbdən Kilsənin fikrinə görə, cadugər hesab etdikləri istənilən gözəl qadını tonqallarda yandırırdılar – düşünürdülər ki, onlar özləri öz gözəlliklərini cadu ilə əldə edirlər. Cadugərlərin dalınca tonqallara homoseksuallar da atılırdı. Bu zaman homoseksualizmin müalicəsindən və səbəblərinin araşdırılmasından söhbət belə getmirdi. İnkvizitor “tonqala!” dedisə - deməli onu artıq heç nə xilas edə bilməzdi. Təbii ki, uzunsürən işgəncələrdən sonra.

Orta əsr Yaponiyası

Lakin "tünd əsrlər"in homoseksualları üçün Yaponiya əsl cənnət idi. Qədim Yunanıstanda olduğu kimi kişi ilə kişi arasında seksual münasibətlər nəinki qadağan edilmirdi, həm də hər cür təbliğ olunurdu. Hesab edilirdi ki, təcrübəli kişi oğlan uşağını bu yolla daha güclü olmağa "öyrədir”. Syudo dövrünün çoxsaylı mətnləri var ki, orada oğlanlar güclü və cəsarətli idilər və düşmənlə cəsurluqla vuruşurdular. Bəli, orta əsr Yaponiyasında homoseksualizm döyüşçü-samurayların arasında xüsusilə yayılmışdı.

İntibah dövrü

Renessans Avropaya özü ilə yalnız yaradıcılıq azadlığı gətirmədi, həm də kiçik də olsa, mədəniyyət və mənəviyyat azadlığı gətirdi. Bəli, homoseksualizm əvvəlki kimi ağır və ciddi təqib olunurdu, bəli, onlar hələ də ciddi cəzaya məhkum edilə bilərdilər, amma ildən-ilə homoseksualları yandırmağı və ümumiyyətlə edam etməyi dayandırdılar. Digər tərəfdən, xüsusilə ruhanilərin arasında bircinsiyyətli sevginin geniş yayılması intibah dövrünün satirik ədəbiyyatının məşhur mövzusuna çevrilmişdi.

Məsələn, Bokkaççonun XIV əsrin ortasında yazdığı "Dekamerone" əsərində Romada papa sarayının belə təsviri verilmişdi: "Onların hamısı – kiçikli-böyüklü açıq pozğunluq edirlər, yalnız təbii əxlaqsızlığa qapılmırlar, həm də balaca oğlanlara meyl edirlər. Onlarda nə abır var, nə həya".

XIX əsr

XIX əsrin başlanğıcı və tibbin bütün sahələrinin inkişaf etməsi ilə demək olar ki, bütün alimlər və həkimlər öz diqqətini homoseksual münasibətlərə yönəldir, onu necə tədqiq və analiz etmək barədə baş sındırmağa başlayırlar.

Onların əksəriyyəti belə nəticəyə gəlirdi ki, homoseksualizm degenerativ xəstəlikdir və başqa psixi pozğunluqlar kimi müalicə əhəmiyyətlidir. Və intibah dövrü ilə müqayisədə bu, artıq böyük irəliləyiş idi - homoseksualları artıq həbsxanalara göndərmirdilər. Onları artıq ruhi xəstələr üçün nəzərdə tutulan klinikalara göndərməyə başlamışdılar.

XX əsr

1906-cı ildə Almaniyada britaniyalı həkim Henri Ellisin "Seksual inversiya" adlı kitabı dərc edildi. Elmi icmalda müəllif heyvanlar arasındakı homoseksual münasibətlər haqqında faktlar təqdim etdi və antik dövrün primitiv xalqlarının da eynicinsiyyətliliyə meylliliyini əks etdirdi, paralellər apardı. Ellisin o vaxt üçün çox cəsarətli və radikal addımı ondan ibarət idi ki, o, homoseksualizmi hansısa bir psixi pozğunluq hesab etmir və onun müalicəsinə ehtiyac olmadığını qətiyyətlə bildirirdi. Sonradan tibb onu dəstəkləyəcəkdi…

Lakin həmin ərəfədə, İngiltərədə, nəşrdən sonra onun kitabı "şəhvətli, zərərli, qüsurlu, əxlaqsız, çirkli, qalmaqallı və ədəbsiz" damğası ilə məhkəmə təqibinə məruz qaldı.

Müasir psixologiyanın atası Ziqmund Freyd də homoseksuallığı nə qəsdən atılmış addım, nə də xəstəlik hesab edirdi. O, biseksuallığın anadangəlmə bütün insanlara məxsus olduğu fikrinin tərəfdarı idi. Freydə görə, qeteroseksuallıq və homoseksuallıq erkən uşaq inkişafının variantlarıdır. Eyni zamanda o, homoseksualizmin müalicəsinin perspektivinə inanmırdı və bildirirdi ki, homoseksualı geteroseksuala çevirmək cəhdi ehtimal ki, uğursuz olacaq.

Homoseksuallıq rəsmi olaraq 1990-cı ilə - Beynəlxalq Səhiyyə Təşkilatının onu xəstəliklər siyahısından çıxarana qədər psixi pozğunluq hesab edilirdi. Lakin, bu sənəd müasir dünyada bir çox ölkələrə bircinsiyyətli münasibətləri qadağan etməyə mane olmur. Bu günə kimi dünyada kifayət qədər çox ölkələr qalır ki, orada homoseksualları ən yaxşı halda həbsxana, pis halda isə ölüm cəzası gözləyir./publika.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıda homoseksuallar niyə saxlanılır? - 5 nəfərdə QİÇS aşkarlanıb

    Bakıda homoseksuallar niyə saxlanılır? - 5 ...

    25-09-2017, 16:35

  • 
  • Bakıda cinsi azlıqlara qarşı şok əməliyyat - 100 nəfər saxlanılan var

    Bakıda cinsi azlıqlara qarşı şok əməliyyat - 100 ...

    18-09-2017, 17:13

  • 
  • Bakıda QİÇS tapılan transseksualların sayı artdı — RƏSMİ

    Bakıda QİÇS tapılan transseksualların sayı artdı ...

    26-09-2017, 12:53

  • 
  • QİÇS-ə cinsi yolla yoluxanların dəhşətli statistikası

    QİÇS-ə cinsi yolla yoluxanların dəhşətli ...

    24-09-2013, 16:02

  • 
  • İŞİD homoseksual iraqlını şəhərin ən hündür binasının damından atdı - Video

    İŞİD homoseksual iraqlını şəhərin ən hündür ...

    11-12-2014, 22:37


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (385)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu