Bakıda paytaxt sakinlərinin çoxsaylı müraciətləri əsasında polisin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılan cinsi azlıq nümayəndələri məcburi həkim müayinəsinə cəlb ediliblər.
"Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, müayinələr tam başa çatmasa da, ilkin nəticələr ciddi narahatlığın olduğunu göstərir.
Tibbi müayinə zamanı cinsi azlığın nümayəndələrindən hələlik 16 nəfərində təhlükəli yoluxucu xəstəlik olan QİÇS və sifilis aşkar edilib: “Bu, bir daha onu sübut edir ki, istər əhalinin polisə müraciəti, istərsə də polisin belə reydlər keçirməsi əsassız olmayıb. QİÇS və digər yoluxucu dəri-zöhrəvi xəstəliklərin daşıyıcıları onlarla təmasda olan neçə-neçə gəncin həyatına, sağlamlığına təhlükə yaradıb. Yeri gəlmişkən onu bildirim ki, belə reydlər heç də cinsi azlığın bütün nümayəndələrini əhatə etmir. Əsasən o şəxslər saxlanılır ki, onlar nümayişkanə, ətrafdakılara hörmətsizlik edərək öz hərəkətləri ilə insanlarda qıcıq, nifrət və ikrah hissləri yaradır və hansısa yoluxucu xəstəliyin daşıyıcısı olması barədə polis və səhiyyə orqanlarında məlumatlar var”.
E. Zahidov onu da əlavə edib ki, tibbi müayinələr davam edir./APA
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?