8 yaşlı gəlin toyun səhərisi gün vəfat edib. Onun ölümünə səbəb isə toy gecəsi cinsi akt zamanı aldığı zədələr olub.
gundemxeber.az ölkə.az-a istinadən bildirir ki, insan hüquqlarını qoruyan təşkilatlar gəlindən yaşca 5 dəfə böyük olan bəyi həbs etməyi tələb edir. Livan qəzetləri hadisənin Yəmənin şimali-qərbində, Səudiyyə Ərəbistanı ilə sərhəddə yerləşən Hard əyalətində baş verdiyini yazır. Bu məsələ dünya ictimaiyyətinin diqqətini yenə də Yaxın Şərq regionunda erkən nikahlar mövzusuna cəlb edib. BMT-nin hesabatlarına görə, 2011-2020-ci illər arasında 140 milyon qız uşağı erkən nikaha daxil olacaq. Bundan başqa, 140 milyon qızdan 50 milyonunun yaşı 15-dən aşağı olacaq.
Yəməndə qızların 25%-i 15 yaşına çatmamış ərə verilir. Onlar normal tibbi xidmət və təhsildən məhrum edilirlər. Bundan əlavə, nikaha daxil olan körpələr fiziki və mənəvi zorakılığa məruz qalırlar.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?