Dünya Vəhşi Təbiət Fondunun Rusiya üzrə nümayəndəliyi Dağlıq Qarabağ mövzusunda yeni açıqlama verib.
Qurumun mətbuat katibi Darya Kudryavçeva bildirib ki, "WWF Russia" Dağlıq Qarabağ ərazisindəki vəhşi heyvanlarla bağlı "WWF Azerbaijan" vasitəsilə işləmək niyyətindədir.
Darya Kudryavçeva "Dünya Vəhşi Təbiət Fondu Dağlıq Qarabağ, Osetiya və Cənubi Abxaziyada fəaliyyət göstərirmi? Göstərmirsə bunun səbəbi nədir?"-sualını cavablandıranda belə bir fikir səsləndirib. Qurum rəsmisi qeyd edib ki, Dünya Vəhşi Təbiət Fondunun Rusiya üzrə nümayəndəliyi yuxarıda sadalanan ərazilərdə fəaliyyət göstərmir. Buna səbəb isə Beynəxalxalq Katibliyin qəbul etdiyi qərardır. "WWF Russia" həmin ərazilərdə "WWF Azerbaijan" və "WWF Georgia" vasitəsilə işləmək niyyətindədir. Kudryavçeva qeyd edib ki, təmsil etdiyi təşkilat ancaq Rusiya Federasiyası ərazisində fəaliyyət göstərir və Beynəlxalq Katibliyin qərarı ilə Mərkəzi Asiya ölkələri ərazisində də işləmək hüququna sahibdir./ölkə.az
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?