Fransa məhkəməsi “Russia Today” telekanalının əmlakına həbs qoyub.
APA-nın “Forbes” jurnalına istinadən verdiyi məlumata görə, bunu “Group Menatep Limited” şirkətinin rəhbəri Tim Osborn bildirib.
T.Osborn qeyd edib ki, “Russia Today”ın əmlakı YUKOS şirkətinin iddiası əsasında həbs edilib. Onun sözlərinə görə, söhbət şirkətin Parisdəki binasından gedir.
“Əgər telekanal dövlətə gəlir gətirirsə, həmin gəlirə də həbs qoyulacaq. Ancaq həbs qərarı telekanalın əməkdaşlarının maaşlarını əhatə etməyəcək, çünki onlar dövlətin mülkiyyətinə daxil deyil” - deyə o vurğulayıb.
Fransa məhkəməsi həmçinin Rusiyanın TASS agentliyi ilə bağlı məhdudlaşdırıcı xarakterli qərar verib. TASS-ın xaricdəki mülkiyyəti Rusiya dövlətinə məxsusdursa, həmin mülkiyyətin üzərinə həbs qoyulacaq.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?