Salyan Rayon Polis Şöbəsinin və Baş narkotiklərin mübarizə idarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olanlara qarşı növbəti dəfə birgə əməliyyat tədbirləri keçirilib.
4 nəfər şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətirilib.
Rayon sakinləri, 51 yaşlı Elain Səmədovun üzərindən 5,382 qram narkotik vasitə olan tiryək, 51 yaşlı İqbal Hüseynovda 8,042 qram tiryək və 31 yaşlı Nurlan Quliyevdə isə 9,15 qram qurudulmuş marixuana aşkar edilib. Rayonun Çuxanlı kənd sakini 37 yaşlı Kənan Qədirovun da üzərinə baxış keçirilib.
Faktla bağlı Salyan rayon Polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır./arb tv
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?