GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Ramil Usubov müstəqil detektivlərə qarşı

Ramil Usubov müstəqil detektivlərə qarşı

Tarix: 12-12-2012, 13:21 Bölmə :Maraqlı Baxış: 1 045
Ramil Usubov müstəqil detektivlərə qarşı
DİN rəhbəri onların qanuni şəkildə işləməsinin polisin nüfuzuna zərbə olacağını bildiyindən buna maneçilik törədir

gundemxeber.az Bu gün dünyada detektiv kimi maraqlı, çətin bir peşə var və insanlar öz maraqları naminə, narahatlıqlarını aradan qaldırmaq üçün bu sahədən yararlanırlar. Bizdə detektiv deyildikdə isə ilk növbədə bədii əsərlər, xüsusi janr yada düşür. Biz bu peşəni həyatımızda canlı insanların timsalında yox, yalnız əsərlərdəki obrazlar hesabına tanımışıq. Dünya şöhrətli Çingiz Abdullayev kimi detektiv janrında yazıçımız olsa da, real həyatımızda detektiv peşəsinin məşhur simaları yoxdur. Axı nəyə görə dünya standartları deyə-deyə bizə yad olan xüsusiyyətləri mənimsəməyə tələsirik, vaxtilə xor baxdığımız məsələlərə getdikcə doğmalaşırıq, amma detektiv xidmətindən məhrumuq? Bu sualın izi ilə gedək.
Qeyd edək ki, ilk detektiv xidməti göstərən agentlik 1834-cü ildə Fransada meydana gəlib. Bu xidmətin yaranmasında məqsəd xüsusi adamlar tərəfindən pullu, nüfuzlu adamların »mənəvi» mühafizəsini təmin etmək olub. Başqa sözlə, sahibkarlar ətrafında olan insanların etibarını sınaqdan çıxarmaq, onlara inanması üçün detektivlərin köməyindən istifadə ediblər. Tədricən bütün Avropaya, Amerika qitəsinə yayılan bu sənət daha geniş miqyaslı problemlərin həllinə çalışıb. Müxtəlif cinayət hadisələrində qaranlıq məqamları aşkara çıxarıb, itkin düşmüş insanların tapılmasında rol oynayıb. Elə bu günün özündə də dünyanın aparıcı detektiv agentliklərinin əsas missiyası budur. ABŞ-ın “Biz həmişə oyağıq” adlı agentliyi dünyanın nüfuzlu şirkətlərindən biridir. Ötən əsrin ortalarında yaranan şirkətin ABŞ-la yanaşı qonşu ölkələrdə də detektiv şəbəkələri var.
Detektiv fəaliyyəti ilə məşğul olan insanların işi müəyyən qanunla tənzimlənməlidir. Aparıcı Qərb ölkələrində, qonşu Rusiya, Türkiyədə yüksək səviyyədə məktəblər və agentliklər işləyir. Xüsusi akademiyalarda peşəkar detektivlər hazırlanır. Amma bizdə hələ də vətəndaşlar detektivlərin xidmətindən istifadə etməkdən mərhumdurlar. Bu isə müvafiq qanunvericiliyin qəbul edilməməsi və detektivlərin fəaliyyətinə yaradılan süni əngəllərlə bağlıdır.
Xatırladaq ki, bir vaxtlar Azərbaycanın bir qrup hüquq müdafiəçisi ölkədə detektiv peşəsinin inkişaf etdirilməsi və onun qanunla tənzimlənməsi yönümündə layihələr hazırlamışdılar. Təəssüf ki, maraqlı və vacib sayılan bu layihələr Milli Məclis tərəfindən təsdiqini tapmadı. Milli Məclis həmin qanunun bir hissəsini müvafiq hesab etdi, detektiv fəaliyyəti əvəzinə, özəl mühafizə xidməti haqqında qanunu müzakirə obyektinə çevirdi. “Qeyri-dövlət mühafizə fəaliyyəti haqqında” Qanun(2007) qüvvəyə minsə də, detektivliklə bağlı məsələ həyata keçirilməyib.
Qeyd edək ki, hazırda MDB məkanında, eləcə də Qərb dövlətlərində vacib sahə kimi inkişaf etdirilən detektivlik yerli polis orqanlarının köməkçisidir. Bizdə isə bir neçə il əvvəl bir qrup peşəkar hüquqşünaslar qeyri-hökumət təşkilatı qismində Ədliyyə Nazirliyində qeydiyyata alınmaq istədilər. Nazirlik detektiv xidməti göstərməyin qadağan olunduğunu bəhanə edib, müraciətləri rədd etdi. Bütün bu maneələrə baxmayaraq, indi bir neçə özəl mühafizəni həyata keçirən şirkətlər fəaliyyətdədir. Əslində o qədər açılmayan cinayətlərimiz, itkin düşən insanımız var ki, onların aşkara çıxmasında detektivlərin köməyi lazımdır. Polis-mühafizə orqanlarımızın cinayət-axtarış şöbələri zəif işləyir, itkin düşmüş insanların axtarılmasına zamanını sərf etmir. Xüsusən, naməlum meyitlərin aşkarlanmasında təşəbbüs göstərilmir. Amma bunun əvəzində vaxtiylə polisdə çalışmış, yüksək potensiallı mütəxəssislərimiz, hüquqşünaslarımız var. Onlarsa, işləmək üçün fürsət, şərait axtarırlar. Detektiv fəaliyyəti qanunla tənzimlənməsi məhz birinciləri narahat edir. Əgər detektivlərə yol verilsə, sabiq polislər, peşəkar hüquqşünaslar bir yerə cəmləşəcək və böyük işlər görəcəklər. Qatı açılmamış cinayətlərin qaranlıq məqamları açılacaq, itkin düşmüşlərin ipucları tapılacaq. Nəticədə bu da hazırkı polisin imicini zədələyəcək, onun nüfuzuna xələl gətirəcək. Bu səbəbdən də yaxın gələcəkdə açıq şəkildə detektiv xidmətinin göstərilməsini gözləməyə dəyməz.
Əldə etdiyimiz məlumata görə, detektivlərin qanuni şəkildə fəaliyyət göstərməsinə əngəlləyən əsas simalardan biri də məhz daxili işlər naziri Ramil Usubovdur ki, bunun da səbəbini yuxarıda qeyd etmişik. Görünür, nazir onsuz da elə bir nüfuza malik olmayan polisin bundan sonra etibardan daha da düşəcəyindən ehtiyyatlanaraq müvafiq qanunvericilik aktının qəbuluna maneçilik törədir.

Orxan
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qatillərin qorxulu yuxusu olan 10 detektiv

    Qatillərin qorxulu yuxusu olan 10 detektiv ...

    8-01-2014, 02:18

  • 
  • Bakıda bədii gimnastika üzrə Dünya Kuboku yarışlarının ikinci günü başladı

    Bakıda bədii gimnastika üzrə Dünya Kuboku ...

    23-07-2016, 13:02

  • 
  • Memati Polada rəqib olur

    Memati Polada rəqib olur ...

    28-06-2013, 00:52

  • 
  • Ramil Səfərov “Agent” barədə

    Ramil Səfərov “Agent” barədə ...

    2-04-2016, 01:29

  • 
  • Paytaxtda ağır yol qəzası: yaralılar var

    Paytaxtda ağır yol qəzası: yaralılar var ...

    23-07-2016, 13:45


Təqvim

«    Fevral 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728 

Arxiv xəbərlər

Fevral 2023 (150)
Yanvar 2023 (499)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (520)
Avqust 2022 (497)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (585)
Aprel 2022 (645)
Mart 2022 (663)
Fevral 2022 (652)
Yanvar 2022 (664)
Dekabr 2021 (665)
Noyabr 2021 (661)
Oktyabr 2021 (667)
Sentyabr 2021 (604)
Avqust 2021 (505)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (581)
Noyabr 2020 (607)
Oktyabr 2020 (753)
Sentyabr 2020 (687)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (642)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (653)
Noyabr 2019 (557)
Oktyabr 2019 (594)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (462)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (683)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (931)
Sentyabr 2017 (1092)
Avqust 2017 (1200)
İyul 2017 (1512)
İyun 2017 (843)
May 2017 (564)
Aprel 2017 (558)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (515)
Noyabr 2016 (350)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (602)
Fevral 2016 (840)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (580)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1168)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (882)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu