Bu gün Bakıda bədii gimnastika üzrə Dünya Kuboku yarışlarının ikinci günü başlayıb.
gundemxeber.az Trend-ə istinadən bildirir ki, yarış Milli Gimnastika Arenasında keçirilir.
Bu gün təsnifat mərhələsində fərdi gimnastların gürzlər və lentlə, həmçinin qrup hərəkətləri komandalarının 3 cüt gürz və 2 halqa ilə çıxışları olacaq. Çıxışların yekunu üzrə çoxnövçülükdə qaliblər müəyyən ediləcək.
Azərbaycanı yarışlarda Marina Durunda, Jalə Piriyeva, eləcə də qrup hərəkətləri komandasının tərkibində Siyana Vasileva, Aleksandra Platonova, Diana Doman, Zeynep Celep və Ayşən Bayramova təmsil edirlər.
Qeyd edək ki, bu il bədii gimnastika üzrə FIG Dünya Kubokunun finalı 22-24 iyul tarixlərində Azərbaycanın paytaxtında keçirilir. Yarışların ilk iki günündə çoxnövçülükdə 17 ölkənin gimnastı medallar uğrunda mübarizə aparır. Dünya Kubokunun son günündə ayrı-ayrı növlər üzrə finallar keçiriləcək.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?