GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Türkiyədə azərbaycanlı və suriyalı gəlinlərin sayı niyə kəskin artıb...

Türkiyədə azərbaycanlı və suriyalı gəlinlərin sayı niyə kəskin artıb...

Tarix: 17-03-2018, 11:36 Bölmə :Maraqlı Baxış: 334
Türkiyədə azərbaycanlı və suriyalı gəlinlərin sayı niyə kəskin artıb...


Son 5 ildə Türkiyə vətəndaşlarıyla evlənən azərbaycanlı qadınların sayı 77 faiz artıb.Bu barədə Türkiyə Statistika Komitəsi məlumat yayıb.

Mənbənin açıqlamasına görə, 2017-ci ildə Türkiyədə evlənən cütlüklərin sayı 2013-cü illə müqayisədə 5,1 faiz azalaraq 569 minə yaxınlaşıb. Bu evliliklərdə əcnəbi gəlin sayı isə 2013-cü illə müqayisədə 35 faiz artaraq təxminən 21 min nəfərə çatıb. 2013-cü ildən bu yana əcnəbi qadınlarla olan evliliklərin sayı 95 minə yaxınlaşıb. Türk kişilərin ən çox evləndikləri qadınlar isə suriyalılardır – 17 mindən yuxarı. Növbəti yerdə Azərbaycan, Almaniya, Ukrayna və Rusiyadan olan qadınlar gəlir. Bu dövrdə Azərbaycandan olan gəlinlərin sayı 77 faiz, Ukraynadan olan gəlinlərin sayı isə 20 faiz artıb. Amma rus gəlinlərin sayı isə 20 faiz azalıb.

Əcnəbilərə ərə gedən türklərin sayı isə 2013-cü ildə 3 min 355 nəfər olubsa, ötən il bu rəqəm 13 faiz artaraq 3 min 782-yə çatıb. Bu dövrdə ən çox bağlanan nikahlar Almaniya, Suriya, Avstriya, İngiltərə və Azərbaycan əsilli kişilərlə olub.

Azərbaycandan Türkiyəyə gəlin gedənlərin sayının bu cür artması əlbətdə, müxtəlif səbəblərlə bağlıdır. Belə görünür ki, “türkə ərə getmək” azərbaycanlı qadınlar arasında doğrudan da populyarlaşır. Lakin belə evliliklərin heç də həmişə xoşbəxt ailənin yaranmasına gətirib çıxarmadığı da məlumdur. Tez-tez Türkiyə mətbuatında Azərbaycandan bu ölkəyə gedən qadınların məişət zorakılıqlarına məruz qalması, cinayətlərə qurban getməsi, yaxud insan alverçilərinin toruna düşməsi barədə xəbərlərə rast gəlmək olur.

Qeyd etmək lazımdır ki, insan alverçiləri qadınları tora salmaq üçün onları xaricdə gəlirli iş və ya evlilik adı altında da aldadırlar. Bu, geniş yayılmış praktikadır.

Bəs Azərbaycan qadınlarının Türkiyəyə axının səbəbi nədir? “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalovanın virtualaz.org-a bildirdiyinə görə, Türkiyə ilə ortaq dil, din və ənənələrdəki yaxınlıq azərbaycanlı qadınların bu ölkəyə axınına səbəb olan əsas amildir.

“Türkiyə Azərbaycanla bir çox cəhətlərdə oxşar ölkə olduğuna, eyni dil, eyni din daşıyıcısı, oxşar ənənələrimiz olduğuna görə bu ölkəyə gedənlər üstünlük təşkil edir. Bir çox qadınlarımız isə başqa ölkədə daha xoşbəxt olacaqlarını düşünərək ailə qururlar. Bəzən türk seriallarının təsiri ilə qadınlarımız arasında belə miflər yaranır ki, Türkiyədə yaşamaq daha rahatdır, orada həyat daha firəvandır, kişilər qadınlara qarşı daha diqqətlidirlər. Amma əslində Türkiyədə ailədaxili zorakılıq bizdən daha çox olur. Bu ölkədə qadınlara qarşı cinayətlərin statistikası çox ürküdücüdür”, - deyə M. Zeynalova bildirir.

Müsahibimiz deyir ki, təkcə Türkiyə ilə deyil, digər ölkələrin vətəndaşları ilə də nikah qurulur. Qadınlarımızın bir hissəsi Avropa ölkələrinə gedərək orada ailə qururlar: “Bunlar əsasən xaricdə təhsil alanlar, xaricdə işləyənlərdir. Onlar daha çox Avropa ölkələrini üstün tuturlar və Avropadan olan kişilərlə evlənirlər. Çünki oxşar düşüncə tərzinə malikdirlər, təhsilləri, intellektual səviyyələri oxşardır”.

Amma əcnəbilərlə nikahın mənfi tərəfləri və riskləri də mövcuddur. Bu əsasən sosial-psixoloji mühitdəki uyğunsuzluqla bağlıdır. M.Zeynalova deyir ki əcnəbi ilə ailə quranlarda psixoloji uyğunlaşmalar məsələsi, ənənə fərqliliyi, nostalji var.

“Biz bir-birimizə qarşı daha çox istiqanlıyıq, diqqətliyik, qohumluq münasibətləri, bir-birinə bağlılıq var. Amma xaricdə ailə qurub yaşayanlar bu bağları itirəndə depressiyaya düşürlər, bu da ailə münasibətlərinə təsir edə bilir. Təklik hissi, oranın mədəniyyətinə uyğunlaşmamaq, dini qaydalarına, hətta yeməklərinə uyğunlaşmamaq ola bilər. Bundan başqa, orada qanunvericilik də fərqlidir. Bəzən azərbaycanlı qadınlar o tələblərlə yaşaya bilmirlər. Çünki Avropa ölkələrində birmənalı şəkildə qanunun aliliyi güclüdür. Bizdə bəzən tanışlıqla, dostluqla nəyisə həll ediriksə, orada bu normalar keçmir. Sosial-psixoloji ortam uyğun gəlmir”, - deyə Mehriban Zeynalova vurğulayır.

Azərbaycanlı qadınların əcnəbilərlə nikahlarının artmasını ölkəmizdə gənclərin işsizlik və iqtisadi çətinliklərlə bağlı vaxtında ailə qura bilməməsi ilə əlaqələndirənlər də var. Bu üzdən azərbaycanlı qızlar ailə xoşbəxtliyini xaricdə axtarmalı olurlar. Lakin istənilən halda xarici ölkələrə ərə getmək məsələsi heç də həmişə firəvanlıq və xoşbəxtlik vəd etmir.../virtualaz
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda hər 1000 kişiyə 1012 qadın düşür

    Azərbaycanda hər 1000 kişiyə 1012 qadın düşür ...

    14-02-2014, 01:36

  • 
  • Azərbaycan əhalisinin sayı 124 min nəfər artıb

    Azərbaycan əhalisinin sayı 124 min nəfər artıb ...

    16-01-2013, 10:48

  • 
  • Azərbaycana idxal olunan avtomobillərin sayı artıb

    Azərbaycana idxal olunan avtomobillərin sayı artıb ...

    3-01-2014, 01:00

  • 
  • Azərbaycanın əhalisinin sayı 9867250 nəfərə çatıb

    Azərbaycanın əhalisinin sayı 9867250 nəfərə çatıb ...

    13-10-2017, 16:40

  • 
  • Azərbaycana gələn turistlərin sayı ötən ilə nisbətən 24.5 faiz artıb

    Azərbaycana gələn turistlərin sayı ötən ilə ...

    13-06-2017, 13:02


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (370)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu