Ötən gün Bakıda itkin düşən Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) 17 yaşlı vətəndaşı Sultan Abdulla tapılıb.
BƏƏ-nin Bakıdakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Elnur Kərimov AzVision.az-a bildirib ki, daun sindromlu turistin yeri dünən saat 23:30-da müəyyən edilib. “Onu öz həmyerlisi olan turist tapıb. Nizami küçəsindəki ("Tarqovi") kafelərdən birində olub. Onu görən şəxs səfirliyə məlumat verib. Bundan sonra valideynlərinə təhvil verildi”.
Qeyd edək ki, daun sindromlu turist Sultan Abdulla dünən saat 05:30-da "Winter Park" hotelini tərk edərək itkin düşmüşdü. O, anası, iki xalası və xalasının uşaqları ilə birlikdə bazar günü Azərbaycana gəlib. Sultan daun sindromlu olduğundan yaddaş problemi var. Kameralar göstərir ki, o, səhər saat 5 radələrində yuxudan durub, paltarını geyinərək oteli tərk edib. Yolu keçərək "Qış parkı"na tərəf gedib. Ondan sonra yoxa çıxıb.
Sorğu
Yeni dizaynımız necədir?