Xaçmaz rayonunda 1 ay əvvəl itkin düşən 62 yaşlı kişinin çürümüş və heyvanlar tərəfindən parçalanmış meyiti aşkarlanıb. Onun meyiti Xudatda meşə massivində tapılıb.
Xaçmaz rayonu, Xudat şəhəri, Vaqif küçəsi 24, mənzil 4-də yaşayan, 1951-ci il təvəllüdlü Ramazanov Sabir Qiyasəddin oğlu noyabrın 10-da evdən çıxıb, bir daha geri qayıtmayıb. Qohumlarının verdiyi məlumata görə, o yaddaş pozğunluğunda əziyyət çəkib.
Sorğu
Yeni dizaynımız necədir?