GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Azərbaycan: Məhkəmələr niyə fiziki şəxsləri müflis elan etmək istəmir?

Azərbaycan: Məhkəmələr niyə fiziki şəxsləri müflis elan etmək istəmir?

Tarix: 7-04-2018, 16:39 Bölmə :Maraqlı Baxış: 454
Azərbaycan: Məhkəmələr niyə fiziki şəxsləri müflis elan etmək istəmir?


Banka borcu olan bəzi adamlar özlərinin müflis olunmasını istəyirlər.

Hüquqşünaslar Azərbaycanda qanununvericiliyə edilən son dəyişiklərin fiziki şəxsin müflis olmasına imkan yaratdığını deyirlər. Ancaq onu da bildirirlər ki, ölkə məhkəmələri onlara edilən belə iddiaları hələ ki, təmin etməyib.

Bəzi Milli Məclis üzvləri hesab edirlər ki, banklar məhkəmələrdə öz mövqelərini daha güclü müdafiə edə bildikləri halda özünü müflis etmək istəyən şəxs bunu edə bilmir.

Bank kreditinə görə borclanan və borcunu qaytara bilməyən Elza Qəhrəmanova özünün müflis elan edilməsini istəyir.

58 yaşlı təqaüdçü Elza Qəhrəmanova sonuncu dəfə bankdan borc götürəndən bir həftə sonra Azərbaycanda devalvasiya baş verib.

Bundan sonra ailə borcun dollarla olduğunu öyrənib. Hazırda borc ikiqat artıb və o, müflis elan edilmək üçün məhkəməyə müraciət edib.

Kredit üçün girov: "Mobil telefon, kompüter, mal-qara"

"Nəfəs ala bilmirik"


Elza Qəhrəmanova deyir ki, borc götürdükləri vaxt tikintidə işləyən oğlu kreditin aylığını ödəyirmiş.

Sonra isə iş yeri bağlandığı üçün oğlu da işsiz qalıb. Buna baxmayaraq ailə 10 ay banka ödəniş etdiyini deyir, amma sonra bütün gücləri tükənib.

"İnanın, çörək tapmırdıq yeməyə", Elza xanım o günlərini xatırlayır. O deyir ki, hazırda borclu olduğu bank onu məhkəməyə verib.

Elza xanımın özü də müflis elan edilmək üçün məhkəməyə müraciət edib.

Kredit borcuna görə həbslər "əhalini qorxutmaq məqsədi daşıyır"

Azərbaycanda hər 4 nəfərdən birinin banka kredit borcu var

Ancaq Ali Məhkəməyə qədər getsə də, iddiası təmin olunmayıb.

O deyir ki, hazırda onun banka borcu 2 qat çoxalıb.

Elza Qəhrəmanova 180 manat pensiya alır, borcun aylığı isə 315-320 manat olub. Oğlu işsizdir, qızı isə universitetdə ödənişli təhsil alır. Bu vəsaitin ödənişi də ailənin çiynindədir.

"O qədər borc yığılıb ki, nəfəs ala bilmirik. Qızımın təhsil haqqını zorla veririk", Elza xanım danışır.

"Məhkəmələr şəxsləri müflis etmək istəmir"

2015-ci ildə "Azərbaycanda müflisləşmə və iflas haqqında" qanuna edilən dəyişikliyə görə, artıq fiziki şəxslər də müflis elan edilə bilər.

Azərbaycanda məhkəmələr fiziki şəxslərin müflis edilmə hüquqlarını təmin etməkdən imtina edir, hüquqşünas Əkrəm Həsənov deyir.

Onun sözlərinə görə, 10-dan çox şəxs müflis elan edilməklə bağlı məhkəməyə müraciət etsə də, heç biri buna nail ola bilməyib.

Bu işlərdən yalnız biri növbəti instansiya məhkəməsinə keçib. Lakin o məhkəmələr də vətəndaşın tələbini təmin etməyib, hüquqşünas vurğulayır.

Azərbaycanın bank siyasəti ölkə iqtisadiyyatını hara aparır?

Hüquqşünas deyir ki, qanunvericiliyə görə, şəxs borcunu ödəmək qabiliyyətində deyilsə, müflis elan edilə bilər. Və həmin şəxsin əlindən yaşayışı üçün zəruri olan əmlak və ya əşyalar alına bilməz.

Şəxsin pensiyası isə o zaman gəlir hesab oluna bilər ki, bu məbləğ yaşayış minimumundan çox olsun.

Prezident İlham Əliyevin təsdiqlədiyi qanuna görə, yaşayış minimumu 173 manat, əmək qabiliyyətli əhali üçün 183 manat məbləğ nəzərdə tutulur.

Bu rəqəm təqaüdçülər üçün 144 manatdır.

Amma təqaüdçü məhkəmədə sübut etsə ki, onun himayəsində olanlar var və ya xəstədir və xəstəliyinə görə aylıq xərci çoxdur, bu zaman da pensiya gəlir hesab olunmur, Əkrəm Həsənov deyir.

Qanunda bu açıq şəkildə təmsil olunsa da, təcrübədə hələ də fiziki şəxslərin özünü müflis elan edə bilməsi çətindir, hüquqşünasın qənaəti belədir.

O, bunun səbəbini Azərbaycanda "bank lobbisinin çox güclü olması ilə" izah edir.

Azərbaycanda fiziki şəxslərin özlərini müflis elan etdirəbilmə ənənəsinin yaranmasını istədiyini deyən cənab Həsənov məhkəmə qərarlarından şikayətlər versə də, heç bir nəticə əldə bilməyib.

"Bir apellyasiya məhkəməsi qərar verdi ki, guya Azərbaycanda fiziki şəxs özünü müflis elan edə bilməz. Yalnız fərdi sahibkar bunu edə bilər. Halbuki qanunda bu var", hüquqşünas danışır.

Əkrəm Həsənov bu işlə bağlı Azərbaycan Konstitusiya Məhkəməsinə və Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəyini deyir.

Güclü tərəf

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, millət vəkili Tahir Kərimlinin sözlərinə görə, məhkəmələr müflis elan edilmək üçün müraciət edən vətəndaşların tələbini yoxlamalı və qanuna uyğun qərar çıxarmalıdır.

Cənab Kərimli deyir ki, istər fiziki, istərsə də hüquqi şəxslərin müflis elan edilməsi qanunvericilikdə öz əksini tapıb.

"Hətta bu, qanunvericilikdə olmasa belə, konstitusiyamıza zidd deyilsə, beynəlxalq hüquqa görə də qərar çıxarmaq olar".

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov bəzi məhkəmələrin bu məsələlərdə vətəndaşların xeyrinə qərar çıxarmaq istəmədiyini söyləyir:

"Banklar mövqelərini, mənafelərini əldən vermək istəmirlər. Məhkəmə sistemində çəkişmə gedəndə hansı tərəf güclüdürsə, o tərəf də qalib gəlir", o deyir.

Millət vəkili bankların vəziyyətinin ürəkaçan olmadığını və devalvasiyadan sonra gəlirlərilə əlaqədar ciddi problem yaşadıqlarını söyləyir.

" Müflis elan edilmə vətəndaşların hüququdur. Məhkəmə gərək qanuna uyğun olaraq, işi onların xeyrinə həll etsin. Elə olanda yaxşı olar ki, bizə müraciət etsinlər. Biz o məsələlərə baxaq", cənab Əhmədov deyir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Bank of Azerbaijan": Müflis elan olunmağımız borclu şəxslər tərəfindən borcların ödənilməməsinə əsas vermir

    "Bank of Azerbaijan": Müflis elan ...

    4-02-2016, 22:39

  • 
  • Eldar Mahmudovla Cahangir Hacıyev bir bankı 263 milyon dollarla müflis edib

    Eldar Mahmudovla Cahangir Hacıyev bir bankı 263 ...

    23-11-2015, 14:57

  • 
  • Konstitusiya Məhkəməsi bankların müflis elan olunması ilə bağlı mübahisəli məsələlərə dair qərarını açıqlayıb

    Konstitusiya Məhkəməsi bankların müflis elan ...

    14-07-2017, 19:12

  • 
  • Müflis bankın əmlakı satılacaq

    Müflis bankın əmlakı satılacaq ...

    5-07-2016, 15:58

  • 
  • AST Telmanın 2 milyard dollar borcu var

    AST Telmanın 2 milyard dollar borcu var ...

    5-03-2016, 12:57


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (24)
Sentyabr 2025 (559)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu