Xarici İşlər Nazirlyinin Dövlət Protokolu İdarəsinin rəisi, səfir Pərvin Mirzəzadə Xorvatiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Refik Şabanoviçi qəbul edib.
Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Görüşdə R.Şabanoviç Xorvatiyanın Xarici və Avropa İşləri üzrə Nazirliyi tərəfindən ünvanlanmış notanı P.Mirzəzadəyə təqdim edib.
Notada iqamətgahı Bakı şəhəri olmaqla Xorvatiyanın Azərbaycanda səfirliyinin təsis edilməsi barədə məlumat verilib. İndiyə qədər Xorvatiyanın Azərbaycana akkreditə olunmuş səfirliyi qeyri-rezident əsasda fəaliyyət göstərir və Xorvatiya müvəqqəti ofis vasitəsilə təmsil olunurdu.
P.Mirzəzadə Xorvatiyanın Azərbaycanda diplomatik təmsilçiliyinin səfirlik səviyyəsinə yüksəldilməsinin iki ölkə arasında əməkdaşlığın və dostluğun daha da genişləndirilməsi və irəlilədilməsinə təkan verəcəyini bildirib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?