Ukrayna xarici işlər naziri Pavel Klimkin Azərbaycanın Xarkovdakı fəxri konsulu Əfqan Salmanovı qəbul edib.
APA-nın Ukraynanın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, nazir Ə. Salmanova təntənəli şəkildə konsul ekzekvaturasını təqdim edib, vəzifəsinin icrasına başlaması münasibətilə təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.
Mərasimdə iştirak edən Azərbaycanın Ukraynadakı səfirliyinin müvəqqəti işlər vəkili Nazim Əliyev Ukraynada məlum vəziyyətə baxmayaraq məsələnin müsbət həllinə görə nazirə minnətdarlığını bildirib. O, bunun Azərbaycan-Ukrayna strateji tərəfdaşlığının gələcək inkişafına və regional əməkdaşlığa təkan verəcəyini vurğulayıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?