Ölkəmizdəki yanacaqdoldurma məntəqələrində yanacaq problemi sürücülər üçün əməlli-başlı problemə çevrilib
Belə ki, yanacaqdoldurma məntəqələrində benzinin keyfiyyətinin aşağı olmasından əlavə kəmiyyətdə də sürücülər aldadılır. Belə bir hal Azərbaycanda ilk parataekvondoçu qadın idmançımız Aynur Məmmədovanında başına gəlib
“Lukoil benzin doldurma məntəqəsinə girdim ki, maşına benzin vurum, gördum maşın çoxdu növbədə,amma benzin dolduran işçi azdı. Bir az gözlədikdən sonra sıra mənə çatdı, hardasa 23-25 yaşlarında dolu cavan bir oğlan yaxınlaşdı mənə, dedim 20 manatlıq Aİ 92 vurun. Həm də qəbzi verməsini də tələb etdim. Mən həmişə benzin vurmamışdan öncə monitora baxıram. Gördüm ki, məndən öncə “Juquili” markalı maşın 5 manatlıq benzin vurdurub.
Baxıram ki oğlan gözümün içinə baxa-baxa durub monitorun qarşısında. Elə dayanıb ki, mən monitoru görməyim. Birdən- birə gördüm ki, 0 olduğu təqdirdə monitorda 6.63 göstərir. Oğlana deyəndə o özünü itirdi. Dedim ki, sıfırladın sən monitoru? Mənə qayıdıb deyir ki, indi sıfırlayıram. Mən də dedim ki, mən görməsydim məni aldadacaqdın? Bu status yazmaqda məqsədim sürücüləri ayıltmaqdır. Bu cür hallar tez-tez yanacaq doldurma məntəqələrində təkrarlanır. Bu formda sürücülərimiz aldadılır”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?