GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » 88 litrlik çənə 96 litr benzin vururlar - “Azpetrol”dan şikayət

88 litrlik çənə 96 litr benzin vururlar - “Azpetrol”dan şikayət

Tarix: 21-01-2016, 22:10 Bölmə :Ölkə Baxış: 0
88 litrlik çənə 96 litr benzin vururlar - “Azpetrol”dan şikayət

Yanacaqdoldurma məntəqələrində devalvasiyadan sonra sürücüləri aldatmaq üçün yeni variantdan istifadə olunduğu barədə dəfələrlə sosial şəbəkələrdə məlumat yayılıb. Variant isə ondan ibarətdir ki, sürücü benzin çəninin tam doldururulmasını sifariş etdikdə onun maşınına çənin tutumundan artıq benzin vurulduğu göstərilir. Bu barədə bir neçə dəfə sürücülər sosial şəbəkələrdə yazıb həmkarlarını xəbərdar ediblər.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, oxşar hadisə ilə bu dəfə vəkil Cavid Rzazadə rastlaşıb. C.Rzazadə qeyd edir ki, “Azpetrol”un Nobel prospektində yerləşən yanacaqdoldurma məntəqəsində onun maşınının 88 litrlik çəninə 96 litr benzin “vurulub”: “Mən 19.01.2016-cı il tarixdə saat 20:38-də Nobel prospektində yerləşən "Azpetrol" yanacaq doldurma məntəqəsinə istifadəmdə olan "Mitsubişi Pajero" markalı avtomobil ilə yaxınlaşıb "polnıy bak" yanacaq sifariş etdim. Bundan sonra mənim avtomobilimin çəninə hissə-hissə, yəni 71,43 litr və 25,48 litr olmaqla cəmi 96,91 litr yanacaq vuruldu. Əsas məsələ bundan sonra başladı. Belə ki, istifadəmdə olan "Mitsubişi Pajero" markalı avtomobilin çəni vur-tut 88 litr həcmindədir və ən "ağıllı" adam belə anlayar ki, bu həcmdə çənin içinə 96,91 litr yanacağın vurulması qeyri-mümkündür.

Məsələyə aydınlıq gətirmək üçün yanacaq doldurma məntəqəsinin növbə rəisi Xəqani müəllimi çağırtdırdım. O da mənə kompüterin məlumatlarını göstərməklə kifayətlənib inandırmağa çalışdı ki, bəs 88 litr həcmində çənin içinə 96,91 litr yanacağın vurulub. Bu şəxsə kompüterin məhz qəsdən qüsurlu ayarlandığını başa salmağın çətin olduğunu görüb təklif etdim ki, öz vəsaitim hesabına həmin yanacaq doldurma məntəqəsindən 10 litr yanacaq alım. Lakin həmin yanacağı standart ölçülü 10 litrlik şəffaf qaba dolduraq və bu zaman görünər ki, yanacağı kompüter vursa da, faktiki vurduğu yanacağın həcmindən daha artıq həcmdə məlumatları göstərir və bununla da, müştərilər aldadılır.

Amma gözlənildiyi kimi, bu növbə rəisi şəffaf qabda yanacaq satmaqdan imtina etdi. Bundan sonra mən şikayət verəcəyimi deyib, həmin 96,91 litr benzinə görə müvafiq olaraq 50 manat və 17,84 manat olmaqla cəmi 67,84 qəpik ödəyib çekləri tələb etdim. Bu məqamda çeklərdə sehrli şəkildə yoxa çıxdı”.

Vəki bildirib ki, rəhbərlik məsələni operatorun üstünə yıxıb və onu işdən azad edib: “Sahə rəisinə xatırlatdım ki, mənə kompüterin göstəricilərini nümayiş etdirəndə onun şəklini çəkmişəm. Həmin Xəqani adlı rəis mənim avtomobilimə benzin vuran kassir-operatoru qabağa verib dedi ki, bəs şikayət etsən bu cavan oğlan işindən olacaq, onu işdən çıxaracaqlar.

Növbəti gün kassir-operator olan Qaçaylı Cavanşir Oktay oğlu həmin yanacaq doldurma məntəqəsinin direktoru olan Rauf müəllim tərəfindən bölgə direktoru Rahib müəllimin göstərişi ilə işdən azad olunub. Səbəb isə, mənim tərəfimdən şikayət olunacağı təqdirdə artıq benzinin avtomobilin çəninə deyil, ehtiyatsızlıqdan yerə töküldüyünə istinad edib haqq-hesabda müştəriləri aldatdıqlarını ört basdır etməkdən ibarətdir”.

C.Rzazadə qeyd edib ki, əslində bu “Azpetrol”un süni qiymət artımı etməsidir: “Mən əslində 88 litr benzinə görə 67,84 manat pul ödəmişəm ki, nəticədə həmin benzinin litri mənə 0,77 qəpik qiymətə başa gəlib”.

***

“Azpetrol”da maşın çəninə tutumundan artıq benzin hesablanmasına görə işdən çıxarılan əməkdaşı bu barədə danışıb.

Yanacaqdoldurma məntəqəsinin keçmiş əməkdaşı Cavanşir Qaçaylı “Qafqazinfo”ya açıqlamasında bildirib ki, dəfələrlə “bak”dan artıq benzin hesablanmasına görə müştərilər şikayət edib: “Mən kompüterin necə işlədiyini bilmirəm. Sadəcə mənə verilən sifarişi yerinə yetirmişəm. Bundan əvvəl də neçə dəfə belə hal olub. Məndən əvvəl də buna görə bir işçini çıxartdılar. Amma operatorların bundan xəbəri olmur. Biz bilmirik komputer necə hesablayır. Bir neçə gün öncə də, “Land Cruiser” gəldi, sürücü dedi “polnıy bak” vur. Mən vurdum 14 manatda “tapança” atdı, amma 24 manat göstərirdi. Müştəri də bunu əvvəldən bilirmiş, bizi yoxlamaq istəyirmiş. Dedi siz aldadırsız camaatı filan, dedim mən kiməm ki? Ondan öncə də müştərilər deyirdi ki, 80 litrlik “bak”a 100 litr hesablayırsız, bizi aldadırsız.

Cavid müəllim də əvvəl dedi 50 manatlıq vur, mən də vurdum. Amma 49 manat 13 qəpikdə “tapança” atdı. Bəzən hava qalanda belə olur. Bizə də direktor Rauf müəllim demişdi ki, benzin vuranda əgər avtomat krant atsa, daha vurmayın. Əgər müştəri israr etsə, növbə rəisi Xəqani müəllimi çağırın. Mən də bunu Cavid müəllimə dedim ki, təlimatda əlavə vurmaq qadağandır. O israr etdi, mən də növbə rəisinə demədən vurdum. Rəsmən işdən azad olunma səbəbi kimi də bu göstərildi”.

Murad Əhməd

88 litrlik çənə 96 litr benzin vururlar - “Azpetrol”dan şikayət
88 litrlik çənə 96 litr benzin vururlar - “Azpetrol”dan şikayət
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • "Azpetrol" müştərilərini belə aldadır — ŞOK İDDİA

    "Azpetrol" müştərilərini belə aldadır — ...

    24-08-2015, 14:33

  • 
  • “Azpetrol”da fırıldaq - 68 litr tutumu olan çənə 75 litr benzin vurdu

    “Azpetrol”da fırıldaq - 68 litr tutumu olan çənə ...

    18-07-2018, 16:01

  • 
  • "Azpetrol” və “Lukoil”dan kütləvi narazılıq... - "...nəinki Aİ 92, heç Aİ 95 də almayın!"

    "Azpetrol” və “Lukoil”dan kütləvi ...

    4-05-2021, 13:31

  • 
  • “Azpetrol”un Bərdədəki YDM-də özbaşınalıq - GİLEY

    “Azpetrol”un Bərdədəki YDM-də özbaşınalıq - GİLEY ...

    4-08-2020, 12:10

  • 
  • "Lukoil" yanacaq doldurma məntəqəsində 10 manat yerinə 6 manatlıq benzin vurdular – ANBAAN VİDEO HƏR ŞEYİ İFŞA ETDİ

    "Lukoil" yanacaq doldurma məntəqəsində ...

    27-04-2019, 14:19


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (65)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu