Rusiyanın Vasilyeva kəndində yaşayan 47 yaşındakı qadın gecə sərxoş şəkildə evə gəlib, ona təzyiq göstərən boşandığı ərinə heç vaxt unuda bilməyəcəyi cəza verib.
Lira adlı qadın keçmiş ərinin onu cinsi münasibətə zorlamasına görə, bıçaqla onun cinsiyyət orqanını kəsib.
Hadisədən sonra polis tərəfindən saxlanılan Lira məhkəmədə ərinin onu zorlamaq istədiyi üçün özünü müdafiə məqsədi ilə belə etdiyini və qətiyyən də peşman olmadığını əlavə edib.
Məhkəmə isə polisin araşdırmasında sonra əldə olunan nəticədə qadının ərinin cinsiyyət orqanını dalaşdıqları zaman deyil, yatdığı vaxt kəsdiyini öyrənib.
Məhkəmə son qərar olaraq xanıma 4 il həbs cəzası verib. Qərardan sonra xanım jurnalistlərə öpüş göndərməyi də unutmayıb.
Sorğu
Yeni dizaynımız necədir?