Hadisə Adətən qadınların kişi zorakılığına məruz qalması barədə xəbərlər eşitmişik. Ancaq bu dəfə əksi olub. ANS PRESS-in məlumatına görə, Türkiyənin Adana şəhərində qadın sərxoş olduğu, evinin ehtiyaclarını ödəməyən 52 yaşlı ərinin burnunu qırıb, qulağını kəsib.
Hadisəyə səbəb ərin evə gec gəlməsi olub. Belə ki, qadın ərinə evə gəlməyini və sərxoş olduğunu irad tutub. Ərinin mətbəxə doğru getdiyini görən qadın dərhal əlindəki bıçaqla onun qulağını kəsib. Səs-küyə gələn qonşular qan içində olan kişini dərhal xəstəxanaya çatdırıblar. Burada onun qulağının kəsilmiş hissəsi yerinə tikilib.
Kişinin sözlərinə görə, daha öncədə arvadı tərəfindən zorakılığa məruz qalıb və burnu sındırılıb. "Qanuna zidd olduğu üçün ona əl qaldıra bilmirəm. Məni evdən qovur. Buna görə də içirəm".
Məhkəmə qərarı ilə 46 yaşlı Nazirə adlı qadın 2 min lirə (təqribən 1200 manat) cərimələnib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?