GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Ölkədə dəhşətli İİV-ə yoluxanların sayı artır

Ölkədə dəhşətli İİV-ə yoluxanların sayı artır

Tarix: 2-05-2018, 11:30 Bölmə :Maraqlı Baxış: 348
Ölkədə dəhşətli İİV-ə yoluxanların sayı artır


Mehriban Zeynalova: “Bəzi kişilər özləri bu təhlükəni yaradır”

Ölkəmizdə bu ilin 3 ayı ərzində 148 nəfərin İİV-ə (İnsanın İmmunçatışmazlığı Virusu) yoluxduğu aşkarlanıb. Rəsmi məlumata görə, onların 145 nəfəri - yəni 98 faizi yerli, 3-ü - 2 faizi isə əcnəbi vətəndaşlardır. Təbii ki, 3 ay ərzində 148 nəfərdə dəhşətli xəstəliyin aşkarlanması böyük narahatlıq doğurur. Əsasən bu cür xəstəliklər nikah qeydiyyatı zamanı ortaya çıxır. Bəzi ucqar bölgələrdə rəsmi nikaha düşməyən yeni ailələri də nəzərə alsaq, mövcud rəqəmin daha çox olduğunu demək olar. Ümumiyyətlə, son illərdə dəhşətli xəstəlik ölkəmizdə geniş yayılmağa başlayıb.

Belə ki, təkcə ötən ilin 10 ayı ərzində 437 nəfərdə İİV aşkarlanmışdı ki, onların da 431-i yerli vətəndaş idi. 437 nəfərin isə 275-i kişi, 156-sı qadındır.

2016-cı ildə isə bu rəqəm 556 nəfər idi. Həmin ildə də qadınlar yalnız 36 faiz təşkil edirdi. Bütün dünyada olduğu kimi, ölkəmizdə də bu xəstəlik daha çox 25-45 yaş arasında olan insanlarda aşkarlanır.

Bir məsələni də qeyd edək ki, əvvəllər ölkəmizdə bu xəstəlik dəhşətli hal kimi qəbul olunurdusa, indi sanki insanların gözündə bu xəstəlik adiləşməyə başlayıb. Lakin rəsmi rəqəmlər təhlükənin nə qədər böyük olduğunu göstərir. Xəstəliyə yoluxanların da əksəriyyəti paytaxt Bakının payına düşür. Bölgələrdən isə daha çox Masallı, Lənkəran, Göyçay, Astarada bu xəstəlik yayılmağa başlayıb.

Bəs dəhşət saçan xəstəlik niyə getdikcə artır? Ölkəmizdə bu xəstəliyə nəzarət edən qurumlar hansı lazımi tədbirlər görür?

Xəstəlik haqqında qısa məlumat: İnsanın immunçatışmazlığı virusu (İİV və yaxud HİV ) - orqanizmi infeksiyadan qoruyan T-limfositləri - hüceyrələri pozmaqla insanın immun sisteminə dağıdıcı təsir göstərən virusdur. İİV insanın immunçatışmazlığı virusudur, QİÇS isə qazanılmış immun çatışmazlığı sindromudur. Beynəlxalq aləmdə, o cümlədən bizdə onların ingiliscə HİV (Human İmmunodeficiency Virus) və AİDS (Acquired İmmune Deficiency Syndrome) abreviaturalarından da istifadə olunur.

Xəstəliyin 4 mərhələsi olur. Bədən xəstəliyə yoluxduqdan 20 gün sonra ona reaksiya verir. Xəstəlik aşkar edildikdən sonra müalicələrə başlanılsa da, bir müddət sonra virus yenidən üzə çıxmağa başlayır. Bu bəzən 5-10 il çəkir. Daha sonra 3-cü mərhələ başlayır. Həkimlər artıq müalicəni tapa bilmir, 4-cü mərhələ artıq İİV olur. Təəssüflər olsun ki, xəstəliyin bu mərhələsində olan xəstələrin sağalma ehtimalı olmur.

QİÇS-in müalicəsi üçün məlum bir dərman mövcud deyil. Elmi baxımdan İİV virusuna yapışa bilən tək zülal kompleksi Gp41 özündə İİV virusu ehtiva edən hüceyrələrin müdafiə mexanizmi vasitəsilə onun yox edilməsinə imkan verir.

İİV-infeksiyasının profilaktikası onunla mübarizədə ən vacib vasitədir. Bütün dünyada alimlər İİV-ə qarşı vaksinin hazırlanması istiqamətində çalışırlar. Bəzi ümidverici nəticələrə baxmayaraq, vaksinin kəşfi haqqında danışmaq hələ tezdir.

Arzuolunmaz xəstəliyin ölkəmizdə getdikdə daha çox yayılma səbəbinə gəldikdə isə, bəzi ekspertlər bunun səbəbini narkotik istifadəçilərinin sayının artmasında görür. Bəziləri isə qeyd edir ki, qonşu Rusiyada bu xəstəliyin artması ölkəmizə də öz təsirini göstərir və Azərbaycana gələn İİV infeksiyanın əksəriyyəti bu ölkənin payına düşür. Son iki ildə ölkəmizə turist axınının olması da xəstəliyin artma səbəbi kimi göstərilir.
İİV xəstəliyi və onunla mübarizə ilə bağlı vaxtaşırı tədbir və layihələr həyata keçirən “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb:

“Mütəmadi olaraq ”Hədəf qrupu, zərərin azaldılması" layihəsi çərçivəsində kifayət qədər geniş əhatədə qan analizləri götürülür. Xüsusən də “həssas qruplar” arasında etimoloji nəzarət proqramı həyata keçirilir. Hazırda Qlobal Fondun və Səhiyyə Nazirliyinin birgə fəaliyyəti nəticəsində 2 il yarımlıq layihə də təsdiq olunub. Burada da “həssas qruplar”ın müəyyən edilməsi və onlar arasında qan analizlərinin verilməsi, tibbi müayinədən keçirilməsi məsələsi nəzərdə tutulub. Bizim hədəfimiz əsasən seks xidməti təklif edən qadınların müəyyən edilməsi və onlar arasında bu cür tədbirlərin həyata keçirilməsidir. Həmçinin digər hədəf qrupları var, bunlar narkotik istifadəçiləri, homoseksuallardır".

M.Zeynalova qeyd etdi ki, xəstəliyin geniş vüsət almasına əsas səbəb təhlükəli davranışlar, tənzimlənməyən münasibətlərdir: “Bəzən düşünürük ki, ”kimsə yaxınımız və yaxud tanışımızdır, onda xəstəlik olmaz" və sairə. Mümkündür ki, o adamda xəstəlik olsun. Belə hallarda yoluxma halları artır. Həmçinin narkotik istifadəçilərinin eyni iynədən istifadə etməsi xəstəliyin yayılmasına gətirib çıxarır. Bəzi kişilər özləri bu təhlükəni yaradır. Məsələn, seks təklif edən qadın qoruyucu təklif etdikdə belə, onlar bundan imtina, bəzən mübahisə də edir. Bu hallarda təhlükə böyükdür".

Qeyd edək ki, İİV-li xəstə şəxslərdə və eləcə də virus daşıyıcılarda bu xəstəliyin virusları ən çox qanda, spermada, beyindaxili mayedə olur. Orqanizmdə digər maye və ifrazatlarda, o cümlədən də ağız suyunda, göz yaşlarında, vaginal sekret mayesində HIV virusuna çox az rast gəlinir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • QİÇS-ə cinsi yolla yoluxanların dəhşətli statistikası

    QİÇS-ə cinsi yolla yoluxanların dəhşətli ...

    24-09-2013, 16:02

  • 
  • Bu il Azərbaycanda 387 nəfər SPİD-ə yoluxub

    Bu il Azərbaycanda 387 nəfər SPİD-ə yoluxub ...

    25-10-2013, 14:50

  • 
  • Azərbaycanda 4171 nəfər SPİD xəstəsi var

    Azərbaycanda 4171 nəfər SPİD xəstəsi var ...

    5-11-2013, 12:31

  • 
  • Cənub bölgəsində QİÇS-ə yoluxanların sayı artıb (VİDEO)

    Cənub bölgəsində QİÇS-ə yoluxanların sayı artıb ...

    2-12-2013, 00:10

  • 
  • Şərqdə yeni qorxulu xəstəlik yayılır

    Şərqdə yeni qorxulu xəstəlik yayılır ...

    8-11-2015, 20:35


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu