Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 387 nəfər İİV-ə yoluxub. Bu virus SPİD xəstəliyinin başlanğıcı sayılır.
Virtualaz.org saytının xəbərinə görə, bu məlumatı Səhiyyə Nazirliyi yayıb. Məlumatda deyilir ki, İİV-ə yoluxanların 96,1 faizi Azərbaycan, 3,9 faizi isə əcnəbi vətəndaşlardır. Virusa yoluxanların 144-ü qadınlardır.
Xəbərdə qeyd edilir ki, ümumilikdə 4171 HİV xəstəsi qeydiyyata alınıb. Onlardan 96,7 faizi isə Azərbaycan vətəndaşıdır. Virusa yoluxanların 21,8 faizi qadınlardır. QİÇS (SPİD) mərhələsində olan insanların sayına gəldikdə isə 1265 nəfər xəstəlik mərhələsindədir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?