Bakının mərkəzi küçəsində seksual azlıqların bayrağı dalğalanır.
gundemxeber.az minval.info-ya istinadla xəbər verir ki, bayraq Böyük Britaniyanın Azərbaycandakı səfirliyində qaldırılıb.
Bu addım homofobiya, bifobiya və transfobiya ilə beynəlxalq mübarizə günü münasibətilə atılıb.
Səfirlikdən bildirilib ki, Birləşmiş Krallıq LGBT fərdləri üçün bərabərliyi təmin etməklə və dünyada ayrı-seçkiliyin aradan qaldırılması sahəsində ən düzgün qanunvericiliyə sahib olmaqları ilə qürur duyurlar.
Lakin bu, insanlar tərəfindən birmənalı qarşılanmayıb. Əksəriyyət səfirliyin addımını tənqid ediblər.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?