Broşurada Türkiyə bayrağı əvəzinə Fransanın keçmiş müstəmləkəsi olan Tunisin bayrağı nümayiş etdirilib
Fransanın irqçi Milli Cəbhə Partiyası (FN) bu ay keçriləcək Avropa Parlamenti seçkisi üçün hazırladığı broşurada Türkiyə ilə Tunisin bayraqlarını qarışdırıb. FN broşurada Türkiyə bayrağı əvəzinə Fransanın keçmiş müstəmləkəsi olan Tunisin bayrağını nümayiş etdirib. Fransada nəşr olunan “Le Figaro” qəzeti isə bu səhvi öz facebook səhifəsində əməlli-başlı ələ salıb. Səhifə, özünü dünyanın ən tanınmış geosiyasi mütəxəssisi kimi tanıdan FN namizədi Emerik Şopradın (Aymeric Chauprade) əvəzinə adi bir sosial şəbəkə istifadəçisinin bu səhvi görərək xəbər verməsini vurğulayıb Qeyd edək ki, səhvin bilinməsindən sonra broşuradakı Tunis bayrağı Türkiyə bayrağı ilə əvəzlənib. Mayın 4-də “Atlantico” adlı xəbər saytına müsahibə verən Şoprad sabiq prezident Nikolas Sarkozi ilə rəsmi Brüsseli Türkiyənin Avropa Birliyinə üzvlüyü ilə bağlı müzakirələri yenidən başlatdığı üçün tənqid etmişdi.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?