Dağlıq Qarabağda yaşanan qalmaqallı vəziyyət səngimək bilmir.
Bu sözləri Axar.az-a politoloq Tofiq Abbasov Dağlıq Qarabağdakı vəziyyətlə bağlı şərhində deyib.
“Qarabağda hərbi xunta rəhbərləri, insanları qarət edən və mənfur separatçılığa yol verən ünsürlər faktiki olaraq oradakı əhalini kazarma rejimi şəraitində xeyli məhdudiyyətlərə məruz qoyublar. Bu baxımdan Ermənistan siyasi elitası Qarabağın “müdafiəsi” ilə bağlı elan olunmamış səfərbərlik keçirir. Bu, hətta Nikol Paşinyanın oğlunu Qarabağda hərbi xidmətə göndərməsi timsalında da təsdiqini tapır. Çünki İrəvanda rəhbər personalar və qondarma rejimin başçısı 25 ildən artıqdır ki, davam edən bu mifik layihənin bir anda partlaya biləcəyindən ehtiyat edirlər”, - politoloq bildirib.
T.Abbasov bu fonda Azərbaycanın ciddi və ardıcıl hərbi hazırlıqlara üstünlük verməsini yüksək qiymətləndirib:
“Bu onu göstərir ki, Bakı B planı üzərində çalışır. Əgər Ermənistan danışıqlar prosesini iflic vəziyyətinə salsa, onda Azərbaycan B planını həyata keçirməyə məcbur olacaq. Artıq son proseslər də ondan xəbər verir ki, vəziyyət daim belə qala bilməz”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?