Şortik geyindiyi üçün metroda tənqid edilən və görüntüləri yayılan xanımın axtarışa verilməsi ilə bağlı yayılan məlumat həqiqəti əks etdirmir. Xanımla bağlı hər hansısa axtarış aparılmır.
Bu sözləri Axar.az-a Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov “Bakı Metropoliteni” polisinin sözügedən şortikli qızı axtarmasıyla bağlı yayılan xəbərə münasibət bildirərkən deyib.
B.Məmmədov bildirib ki, həmin qızın görüntülərini və hadisənin detallarını müəyyənləşdirmək üçün araşdırma aparılması tamamilə yalandır:
“Elə bir şey yoxdur. Onunla bağlı Metropolitenə heç bir müraciət, şikayət və ya hər hansısa bir formada tələb də daxil olmayıb. Heç bir araşdırma da aparılmır”.
Qeyd edək ki, ötən gün şortik geyindiyi üçün tənqid edilən xanımın axtarışa verildiyi barədə məlumat yayılmışdı.
Sorğu
Yeni dizaynımız necədir?