Aşıq Namiq Fərhadoğlu həmkarı Fəzail Miskinlini və ATV kanalını məhkəməyə verməyə hazırlaşır.
gundemxeber.az xəbər verir ki, b barədə ölkə.az-a aşığın özü məlumat verib. Onun sözlərinə görə, reklam fasiləsində baş verənlərin ictimailəşdirilməsi doğru deyil:
"Fəzaillə tonla çörək kəsmişik, dostluq etmişik, eyni bölgədənik. Amma o, mənim tənqidimə dözümsüz davranaraq, o cür hərəkətlər etdi. Bu görüntüləri yaydığına görə ATV kanalını, eyni zamanda Fəzail Miskinlini məhkəməyə verəcəyəm. Ya onlardan təzminat alacağam, ya da hər iki tərəf media qarşısında məndən üzr istəməlidir. Bu bardə Fəzailə də xəbərdarlıq etmişəm. Dedim ki, eloğluyuq, üzr istə, üzr istədiyin videonu mediaya təqdim et. Bir həftə vaxt vermişəm. Üzrxahlıq olmahacağı halda, 50 min manat təzminat tələb edəcəyəm".
Sorğu
Yeni dizaynımız necədir?