GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » TRAMP ABŞ-ın HANSI AXMAQLIQLARINDAN İMTİNA EDİR? - O, Putinin “cibindədir”, yoxsa…?

TRAMP ABŞ-ın HANSI AXMAQLIQLARINDAN İMTİNA EDİR? - O, Putinin “cibindədir”, yoxsa…?

Tarix: 19-07-2018, 15:48 Bölmə :Maraqlı / Dünya Baxış: 449
TRAMP ABŞ-ın HANSI AXMAQLIQLARINDAN İMTİNA EDİR? - O, Putinin “cibindədir”, yoxsa…?


Vladimir Putin ilə keçirdiyi müştərək mətbuat konfransının əvvəlində Tramp deyib ki, ABŞ və Rusiya arasındakı münasibət heç zaman bu cür pis olmayıb. Sonradan isə o əlavə edib: “Hər şey təxminən dörd saat bundan əvvəl dəyişib.”

Bu həqiqətən də belədir. Tramp özünün Brüseldəki NATO sammitindəki və eləcədə Helsinkidəki bəyanatında ölkəsinin, həmçinin də öz prezidentliyinin taleyini müəyyənləşdirən ABŞ xarici siyasətindəki tarixi hərəkətlənmə barədə xəbərdarlıq edib.

Tramp Amerikanın xarici siyasətinin fundamental prinsiplərini qəbul etmir. Bu prinsiplər soyuq müharibənin başa çatmasından sonra meydana gəlib. Rusiya ilə Amerika arasındakı mürəkkəb münasibətlərin məsuliyyətini Vladimir Putinin üzərinə yox, məhz ABŞ isteblişmentinin üzərinə qoyub.

Putinlə görüşdən əvvəl öz twitter səhifəsində Tramp ABŞ-ın hər iki partiyasını ittiham edərək bildirib: “Bizim Rusiya ilə münasibətlərimiz hələ heç zaman ABŞ xarici siyasətinin çoxillik axmaqlığı və indi isə saxta cadugər ovu ucbatından bu cür pis olmamışdı!”

Beləliklə,Tramp neokonservatorların və onların liberal müttəfiqlərinin tutduqları kursdan və protokoldan, həmçinin də Vaşinqtonun mərkəzində səylə çalışan bir sıra müharibə partiyasının analitik mərkəzlərinin gəldiyi nəticələrdən üz döndərib.



Əgər Trampın Böyük Britaniya və Brüsseldən Helsinkiyə qədər gəldiyi həftəlik yolu təhlil etsək, onda görərik ki, onun verdiyi siqnal aydın və şokedicidir:
-NATO köhnəlib.
-Avropalı müttəfiqlər Amerika ilə ticarət balansı saldosunu öz xeyirləri üçün qaldıraraq, ABŞ müdafiə sistemi üzərindən parazitlik ediblər. Buna son qoyulur.
-Avropalılar bundan sonra Amerikanın bazarlarını ələ keçirə bilməyəcəklər və onlar öz müdafiə xərclərini özləri çəkməli olacaqlar.Və heç bir ikinci soyuq müharibə də olmayacaq.

Tramp deyir ki, biz Krımın Rusiya tərəfindən anneksiyasını və Ukraynanın şərqindəki separatçılara Putinin dəstəyini qəbul etmirik. Ancaq bunun bizim əməkdaşlığa mane olmasına da imkan verməyəcəyik. Biz silahlar barəsindəki müqavilənin şərtlərini razılaşdıracaq, Ronald Reyqan ilə Mixail Qorboçov kimi fikir ayrılığını yoluna qoyacağıq.
Helsinki sammiti sübut etdi ki, Tramp “dünya Rusya ilə pis yox, yaxşıdır” söyləyəndə çox ciddi olub.
Suriya məsələsinə gəlincə, Tramp aydın şəkildə bildirdi ki, o və Benyamin Netanyahu Putinlə əməkdaşılıq edirlər. Və istəyirlər ki, İran qoşunları və iranlıların dəstəklədikləri güclər Holan təpələrindən uzaq dursunlar. Suriyadakı Amerikan ordusuna gəldikdə isə, Tramp deyib ki, İŞİD məhv edilən kimi onlar yerləşdikləri əraziləri tərk edəcəklər.

Bunun arxasında daha bir siqnal gizlənir: Amerika xarici dövlətlərin ərazisindəki müharibələrdən evə qayıdır və digər ölkələr qarşısındakı öhdəliklərdən tədricən yaxa qurtarmağa hazırlaşır.

Sammitdən sonra əksər telekanallar həmişə olduğu kimi prezident Trampa qarşı düşmən münasibətlərini nümayiş etdirdlər. Bəlkə də, KİV-lər Trampın hesab etdiyi kimi “xalq düşməni”deyillər, amma onlar indiki prezidentin düşməni olublar.
Bəziləri istəyirdilər ki, Tramp özünü Nikita Xuruşov kimi aparsın. Belə ki, Xruşov 1960-cı ilin mayında Parisdə keçiriləcək sammiti faktiki olaraq pozmuşdu. Səbəb isə sammitdən bir neçə həftə öncə Ural dağlarında Amerikanın “U-2” casus təyyarəsinin vurulmasıydı.
Xruşov tələb edirdi ki, Ayk(ABŞ prezidenti Duayt Eyzenhauer) üzr istəsin. Ayk isə üzr istəməmişdi. Bu isə öz növbəsində Xruşovu bərk qəzəbləndirib, özündən çıxarmışdı. Bəzi KİV-lər ümid edirdilər ki, Tramp da məhz özünü Xruşov kimi aparacaq.

Görəsən Tramp Amerikan xarici siyasət iteblişmentinin “axmaqlığından” danışanda nəyi nəzrədə tutub:
O, SSRİ-nin dağılmasındn sonra NATO-nun ABŞ tərəfindən Rusiya sərhədlərinə qədər genişlənməsinimi nəzərdə tutub?

Yoxsa o, Səddam Hüseyni kütləvi qırğın silahından məhrum etmək məqsədiylə ABŞ-ın İraqa müdaxiləsinimi nəzərdə tutur? Sonradan bəlli oldu ki,Səddam Hüseynin belə bir silahı yoxdur,amma bu müdaxilə amerikanların Yaxın Şərqdə qurtarmaq bilməyən müharibələrə cəlb olunması ilə nəticələndi.

Bəlkə, Tramp Bəşər Əsədi devirməyə çalışan suriyalı müqavimət qüvvələrinə ABŞ-ın göstərdiyi dəstəyi nəzərdə tutur? Suriyadakı yeddilik müharibə nəticəsində silahlı müxalifətə göstərilən yardım İŞİD-in meydana gəlməsi və yarım milyon insanın ölümü ilə nəticələnib. Ümumi nəhayətdə Putin öz suriyalı müttəfiqinə kömək etmək üçün bu müharibəyə müdaxilə edib.

Mümkündür ki, o, raket əleyhinə Nikson müqaviləsinin Corc Buş tərəfindən ləğvinimi nəzərdə tutur? Nəticədə Putin bunun qarşıını almaq üçün qanadlı raketlərin hazırlanmasına başlayıb.

Ola bilsin o, Rusiyapərəst rejimin devrməyə çalışan Kiyevdəki etirazçıları Amerikanın dəstəkləməsinimi nəzərdə tutur? Baş verən hadisələr nətiəcəsində Sevastopoldakı hərbi bazanı saxlmaq üçün Putin Krımı zəbt etmək məcburiyyətində qaldı.

Putinin qınaq obyektinə çevrilən bir çox addımları Amerikanın fəaliyyətləinə qarşı reaksiya olub.
Rusiya qan tökməkdən qaçaraq Krımı ilhaq etdi. Bəs,məgər Belqradı Kosovodan əl çəkməyə vadar etməkdən ötrü ABŞ 78 gün ərzində Serbiyanı bombalamadı?
Nəyə görə, Putinin Krımda etdikləri ilə müqayisədə həmin bombalamlar mənəvi cəhətdən daha çox bəraət qazanmalıdır?
Əgər Rusiya kəşfiyyat ximətləri ABŞ Demokratlar Partiyasının milli kömitə üzvlərinin elektron poçtlarını sındıraraq məlumat toplyıblarsa da, Tramp iddia edir ki, onun buna heç bir aydiyyatı yoxdur. Məgər iki ildən sonra bizim bunun əksini sübut edəcək hansısa əsaslı dəlillərimiz var?
Tramp iddia edir ki, Rusiyanın müdaxiləsi 2016-cı ildəki prezident seçkilərinin nəticəsinə heç bir təsir göstərməyib. Tramp deyib ki, onun Rusiya ilə münasibətləri yoluna qoymasına mane törətməyə çalışan “Rusiagate”qalmaqalının tərəfdarlarına bunu etməyə imkan verməyəcək.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Con Brennan deyib: “Donald Trampın Helsinkidəki mətbuat konfransındakı çıxışı xəyanətdir…O tamamilə Putinin “cibindədir”. Vətənpərvər respublikaçılar, siz haradasınız?”

Nə vaxtsa Patrik Henri deyib: “Qoy bu lap xəyanət olsun,amma ondan maksimum fayda götürmək lazımdır.” (“The American Conservative”, ABŞ).
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Tramp Twitter-də Putin haqda yazdı

    Tramp Twitter-də Putin haqda yazdı ...

    24-12-2016, 11:01

  • 
  • Tramp və Putin arasında görüş başa çatıb -YENİLƏNİB

    Tramp və Putin arasında görüş başa çatıb ...

    7-07-2017, 22:56

  • 
  • Səfir Hantsman Tramp və Putin arasında mümkün zirvə görüşü haqda danışıb

    Səfir Hantsman Tramp və Putin arasında mümkün ...

    4-06-2018, 11:48

  • 
  • Tramp Putinlə görüşə bilər

    Tramp Putinlə görüşə bilər ...

    11-06-2018, 09:54

  • 
  • "Tramp Kremlin cibindədir" şərhi Putini güldürdü

    "Tramp Kremlin cibindədir" şərhi Putini ...

    14-06-2017, 11:29


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (374)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu