Prodüser Tolik(Tarix Əliyev)Gəncənin güllələnən İcra Başçısı Elmar Vəliyev haqqında maraqlı faktı açıqlayıb.
gundemxeber.az moderator.az-a istinadən xəbər verir ki, prodüser icra başçısının Gəncədəki universitetlərdə təhsil alan, valideyninin birini və ya hər ikisini itirmiş 54 tələbəni təhsil haqqından azad etdiyini bildirib. Onların təhsil haqqı isə Şəhər İcra Hakimiyyəti tərəfindən ödənilib.Tolik bu faktı qeyd etməyin vacib olduğunu da əlavə edib Qeyd edək ki, 3 iyul, saat 20:30 radələrində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazov İcra Hakimiyyətinin inzibati binasının qarşısında odlu silahdan açılan atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?