GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Yəhudi lobbisinin hakimiyyətlə işbirliyi

Yəhudi lobbisinin hakimiyyətlə işbirliyi

Tarix: 13-12-2012, 13:06 Bölmə :Maraqlı Baxış: 676
Yəhudi lobbisinin hakimiyyətlə işbirliyi

Azərbaycan nefti İsrail hərb maşınını hərəkətə gətirib


gundemxeber.az Bu artıq bir faktdır ki, Azərbaycan son bir neçə il ərzində İsrailin bir nömrəli müsəlman iqtisadi partnyoruna çevrilmişdir. İki ölkə arasında qarşılıqlı ticarətin həcmi 4 milyard dollardır. Azərbaycan həmçinin İsrailin (Rusiyadan sonra) ikinci neft təchizatçısıdr və Azərbaycan neftini enerjiyə ac Asiyaya nəql edən Ashkelon-Eilat Trans-Israel kəməri bu təchizatda başlıca elementdir. Öz növbəsində İsrail Azərbaycanın aparıcı silah təchizatçısıdır və Azərbaycanın özündə hərbi texnologiyaları və yüksək təkmilli hücum silahlarının istehsal məlumatlarını bölüşür.
Bununla belə, hakimiyyətyönümlü Qərb şərhçilərinin Azərbaycan-İsrail münasibətlərini müsbət bir şey kimi göstərmək üçün əlaqələndirilmiş cəhdlərinə baxmayaraq, reallıq daha mürəkkəb və mübahisəlidir. Birincisi, Azərbaycan-İsrail münasibətləri daha dəqiq şəkildə Əlyev-İsrail münasibətləri kimi izah olunmalıdır. Yerusəlim və Bakıda İlham Əliyev rejimi arasında səhnəarxası silah və enerji sövdələşmələri iki ölkə arasında çox məhdud diplomatik bağları təhrif edir, beləki, iki ölkə arasında tammiqyaslı diplomatik əlaqələr və ümumən, dövlətlərarsı münasibətlər yoxdur. İsraillilər Azərbaycanın daha geniş vətəndaş cəmiyyəti ilə münasibətlər qurmurlar və onların getdikcə artan demokratik hərəkat və müxalifətlə ümumiyyətlə heç bir əlaqələri yoxdur. İsrail hökumətinin diktaturalar və Müsəlman dünyasının korrupsiyalaşmış elitaları ilə sıx əlaqələrinin uzun bir tarixçəsi vardır. Bu qəbildən, məsələn, 1970-ci illərin İran Şah rejimini və 1980-1990-cı illərdə Türkiyənin ordu tərəfindən dəstəklənən dünyəvi hakimiyyətini misal çəkmək olar. İranda İslam İnqilabı və Türkiyədə AK partiyanın yüksəlişi İsrailin regional siyasətindəki bu kimi meylləri məhv etdi. Lakin İsrailin Azərbaycandakı Əliyev klanı ilə uzağıgörməyən əlaqələri göstərir ki, xoşagəlməz təcrübələrdən çox az dərs götürülmüşdür.
İkincisi, İsrail dostluğu Azərbaycan cəmiyyətində çoxluğun münasibət və rəyini çox az nəzərə alır. Halbuki, Azərbaycan cəmiyyətində əksəriyyət Fələstin ərazilərinin davamlı işğalının əleyhinədir. Qəzzadakı hazırkı hadisələrə qarşı Azərbaycanın sosial şəbəkələrində dərin hiddət vardır, Azərbaycanın bütün siyasi spektri Fələstinlilərə rəğbətlidir. Bu münasibətlərin açıq ifadə olunmasının qarşısını almaq Əliyevin repressiv rejimindən böyük qüvvə tələb edir. ABŞ Dövlət Departamentindən sızmış teletayplara görə Azərbaycan hökuməti anti-İsrail nümayişlərini önləmək “İsrailin Bakıdakı maraqlarını ürəkdən qorumaq naminə” fövqəladə tədbirlər görür.
Bakının müəyyən dairələrində güclü İsrailpərəst mövqe vardır və bu, Azərbaycan üçün Yerusəlimlə əlaqələrin strateji mənfəətə malik olduğu barədə yanlış düşüncədən qaynaqlanır. Vaşinqtonda Yəhudi lobbisinin dəstəyi ABŞ-dakı Erməni lobbisinin anti-Azərbaycan siyasətinə qarşı qoyulur. Lakin hələlik bu iddia edilən mənfəət reallaşmamışdır – ABŞ konqresinin 1992-ci ildə Azadlığa Dəstək Qanununa edilmiş 907 nömrəli düzəliş bu günədək qüvvəsində qalır. İsrailin Dağlıq Qarabağ münaqişəsində Azərbaycana dəstəyi Ermənistanı narahat etmir və dumanlı olaraq qalır.
Bu arada Azərbaycanın İsrailə iri həcmlərlə neft ixracı Ərəb və daha geniş müsəlman dünyasında Bakıya beynəlxalq forumlarda və təşkilatlarda diplomatik dəstəyin sütünunu təşkil edən ənənəvi müttəfiqləri yadlaşsdırır. Azərbaycanın əsas strateji partnyoru olan Türkiyənin İsraillə münasibətləri korlanmışdır və Əliyev rejiminin İsrailin neft və təhlükəsizlik orqanları ilə oyuinları Ankarada əsəbiliklə qarşılanır. Nə də düşünməyə əsas vardır ki, İsrailin təchiz etdiyi silahlar (bəzi realistlərin qüvvə üçün təyin etdikləri ölçü) Azərbaycan və Ermənistan arasındakı hərbi balansı Azərbaycanın xeyrinə dəyişəcəkdir.
İsraillə daha yaxın əlaqələr üçün gətirilən arqumentlerin çoxu fantaziyadır və yumşaq deyilsə, reallıqla əlaqəsi yoxdur. Azərbaycanın İsraillə münasibətlərindən əldə olunan mənfəət böyük suallar doğurur və bu xeyir ərazisinin 20 faizi işğal olunmuş ölkə üçün yarada biləcəyi təhlükələrlə qarşılıqlı qiymətləndirilməlidir.
İlham Əliyevin İsrail siyasətinin iç üzü bundan ibarətdir. Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərin azad edilməsi və BMT-nin bu barədə 4 qətnaməsinin icrasını tələb etməsi ilə BMT-nin qətnamələrini və beynəlxaql qanunları pozaraq Fələstin ərazilərini işğal etmiş İsrailə iri həcmlərdə neft satması birbaşa ziddiyyət təşkil edir. Həməs haqqında mövcud olan rəylərə baxmayaraq İsrailin Qəzzadan atılmış raketlərə cavabı aşırı xarakter daşıyır. Televiziya ekranlarında və kompüterlərin monitorlarında hər dəfə ölən və ya ölməkdə Fələstin uşaqları görünəndə, aydın başa düşülür ki, Azərbaycan nefti İsrailin hərb maşınını hərəkətə gətirib. Belə bir qarantiya varmıdır ki, bizim neftimizdən Fələstin icmalarını məhv etmək və onlara ölüm gətirmək üçün istifadə olunmur. Qarantiyalar varmıdır ki, Bakının xam nefti Qərb sahilindəki yəhudi məskunları üçün benzinə çevrilmir? Bunlar, əlbəttə, ritorik suallardır…
İsrail hökuməti başa düşməlidir ki, İlham Əliyev və onun korrupsiyalaşmış rejimi ilə münasibətlər Azərbaycan Respublikası ilə sağlam, tammənalı münasibətlər demək deyildir. Yerusəlim Azərbaycanın vətəndaş cəmiyyəti ilə münasibətlər yaratmalı, bizim demokratik hərəkat və müxalifətimizlə dialoq qurmalıdır. Hər iki ölkənin uzunmüddətli maraqları üçün daha balanslı, daha açıq və daha səmimi münasibətlərə ehtiyac vardır.
Hakimiyyət Azərbaycanın uzunmüddətli milli maraqlarını, Yaxın Şərqlə münasibətlərimizi və ələlxüsus Türkiyə ilə müttəfiqliyimizi təhlükəyə salmamalıdır. Azərbaycan neftinin Fələstinlilərə və ya hər hansı üçüncü tərəfə qarşı işlədilməməsi üçün qarantiyalar lazımdır. Qəzza zolağında son zamanlar baş verən hadisələr çox mühüm xəbərdarlıqdır ki, Azərbaycan nefti qlobal işlərdə əsas faktorlardandır. Bizdən nefti alan ölkələrin ondan necə istifadə etməsi bizim üçün doğrudan da ölüm-dirim məsələsinə çevrilir.

Murad Həsənli
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycan İsraill arasında raket sövdələşməsi

    Azərbaycan İsraill arasında raket sövdələşməsi ...

    4-02-2013, 10:41

  • 
  • İsrail Avropaya meydan oxudu

    İsrail Avropaya meydan oxudu ...

    2-02-2014, 21:55

  • 
  • İsrail təəccüb içərisində: "İŞİD niyə bizə hücum etmir?!"

    İsrail təəccüb içərisində: "İŞİD niyə bizə ...

    24-07-2014, 13:46

  • 
  • İsrail mediası Suriyaya hücum anonsunu verdi

    İsrail mediası Suriyaya hücum anonsunu verdi ...

    31-08-2013, 23:33

  • 
  • İsrail İran istehsalı olan pilotsuz təyyarəni vurdu

    İsrail İran istehsalı olan pilotsuz təyyarəni ...

    3-09-2014, 13:05


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (494)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu