İsrailin “Haaretz” qəzeti İŞİD-in İsrailə qarşı hər hansı bir addım atmamasına münasibət bildirib.
gundemxeber.az xəbər verir ki, İraqın ən böyük şəhərlərini ələ keçirən İŞİD təşkilatının İsrailin Qəzzanı bombardman etməsinə baxmayaraq, hər hansı əməliyyat aparmaması yəhudilərin xeyli diqqətini çəkib.
“Haaretz” qəzetinin yayımladığı xəbərdə müsəlman olmayan dövlətlərə qarşı savaş aparmayan İŞİD-in hücum etməyəcəyinin məlum olması İsrailin ürəyincə olduğu qeyd edilir.
Qeyd edək ki, İŞİD terror təşkilatı bir müddət əvvəl açıqlamasında bildirmişdi ki, İsrail fitnəyə qarışmadığı müddətcə onlara toxunulmayacaq.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?