Kembric Universitetinin professoru riyaziyyat üzrə Fields mükafatını aldıqdan bir neçə dəqiqə sonra onu oğurlayıblar.
40 yaşlı İran kürdü Cauçer Birkar avqustun 1-də Rio de Janeyroda həmin mükafata layiq görülüb. Ancaq 14 karatlıq qızıl medalın olduğu çamadanının mükafatı alandan sonra bir saat içində yoxa çıxdığını bildirib.
Riyaziyyatçılar üçün Nobel mükafatına bərabər olan bu mükaf hər dörd ildən bir verilir. Təşkilatçı Beynəlxalq Riyaziyyat Konqresi bildirib ki, insidentdən “dərin təəssüf” hissi keçirir.
Birkarla yanaşı mükafata Alessio Figalli, Peter Şolz və Akşey Venkateş də layiq görülüb. Birkar mükafatı kürdlər üçün arzunun həqiqətə çevrilməsi adlandırıb.
Tehran Universitetində riyaziyyat oxumuş Birkar 1980-ci illərin İran-İraq müharibəsi zamanı Britaniyadan siyasi sığınacaq və vətəndaşlıq alıb.
2014-cü ildə İrandan Məryəm Mirzəxani mükafata ilk layiq görülən qadin olub. O, 2017-ci ildə dünyasını dəyişib.
Sorğu
Yeni dizaynımız necədir?