GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Adnan Oktar və adamları kimləri seks videosu ilə şantaj edib? - ADLAR

Adnan Oktar və adamları kimləri seks videosu ilə şantaj edib? - ADLAR

Tarix: 9-08-2018, 15:39 Bölmə :Maraqlı Baxış: 759
Adnan Oktar və adamları kimləri seks videosu ilə şantaj edib? - ADLAR


Türkiyədə Adnan Oktar qrupu ilə bağlı yeni məlumatlar ortaya çıxır. gundemxeber.azxəbər verir ki, Oktar qrupundan olduğu iddia edilən bir nəfərin Məsud Yılmaz, Meral Akşener, Cəlal Adan və Mehmet Ağarın da aralarında olduğu siyasətçilər haqqında da məlumat topladığı iddia edildi.

Həbs edilən Adnan Oktarın keçmişinə yönəlmiş yeni məlumatlar dünəndən etibarən gün üzünə çıxmağa davam edir. Oktarın 90-cı illərin əvvəlində “Milli Egemenlik Partiyası” adı ilə siyasətə girmə cəhdləri olub. Həmin vaxt ədəbiyyat fakültəsi tələbəsi İbrahim Tuncerlə Bahadır Güvən, Adnan Tınaroğlu və Dilək İlicalı kimi şəxslərin partiya qurma işlərində xüsusi aktivlik nümayiş etdirdiyi önə çıxıb.

Oktarın 90-cı illərdə siyasət və siyasətçilərlə münasibətləri isə ilk dəfə 10 yanvar 1991-ci ildə İstanbuldakı “Şeraton” otelində DYP tərəfindən təşkil edilən “İlə baxış” toplantısında gündəmə gəlib. Süleyman Dəmirəlin də qatıldığı toplantıda söz alan və hazırda FETO işinə görə həbsdə olan Nazlı İlicak Adnan Oktarı sərt şəkildə tənqid edib. O, Oktarın keçmişdən bəri Atatürk düşməni olduğunu, indi isə özünü Atatürkçü kimi göstərdiyini deyib.

Oktar DYP-ni dəstəkləyib

Ilıcak həmin çıxışında uşaqları ailələrindən qoparan Oktar haqqında aşağıdakıları da deyib: “Oktar və qrupu şübhəli fəaliyyətlər içərisindədilər. Qızlarla kişiləri imam nikahı ilə birləşdirirlər. Mənim uşağıma da qarmaq atmışdı, amma məqsədinə nail ola bilmədi. Bir çox ailənin övladını başdan çıxardığını bilirəm. Əcəba, Dəmirəlin bu vəziyyəti dəyişmək üçün edə biləcək bir şeyi yoxdurmu?”

Süleyman Dəmirəl isə bu suallara “Biz prokuror deyilik. Ortada bir cinayət varsa, prokurorlar hərəkətə keçər” cavabını verib. DYP İstanbul rəhbəri Orhan Keçəli isə toplantıda Oktarın DYP-ni dəstəklədiyini açıqlayıb. Bunun ardınca bir çox partiya üzvü Adnan Oktarı təbrik edib.

Oktar qrupunun 1994-cü il seçkilərində Rifah Partiyasını dəstəklədiyini, DYP konqresində isə Tansu Çillərə dəstək verdiyi iddialar arasındadır. Adnan Oktarın bəzi siyasətçiləri şantaj etdiyi də sirr deyil. Bu, İstanbul polisinin mütəşəkkül cinayətlər şöbəsinin sabiq müdiri Adil Sərdar Saçanın 1999-cu ildə gerçəkləşdirdiyi əməliyyatdan sonra iddia edildi. Bir GSM şirkətində çalışan Oktar qrupundan olduğu iddia edilən H.A.Y. adlı şəxsin ANAP lideri Məsud Yılmaz, DYP-çi Meral Akşener, Celal Adan və müstəqil millət vəkili Mehmet Ağarın da aralarında olduğu şəxslər haqqında özəl məlumatlar topladığı irəli sürülüb.

Şantaj etməyi planladıqları insanların telefon danışıqlarını izləyən H.A.Y. adlı şəxsin Adnan hocanın müridlərindən bir qızla evli olduğu, siyasətçilərlə yanaşı, Dinç Bilgin, Zafər Mutlu, Ərtuğrul Özkök, Emin Çölaşan, Fatih Altaylı, Hıncal Uluç, Savaş Ay kimi imza sahibləri haqqında da şantaj məqsədli özəl məlumatlar topladığı iddia edilmişdi.

Bir partiya ilə münasibətlər var

Adil Sərdar Saçan tərəfindən gerçəkləşdirilən əməliyyat zamanı ANAP(Ana Vətən Partiyası) keçmiş şəhər rəhbərlərindən Eymen Topbaş və keçmiş millət vəkili Tevfik Ertüzünün evinə girilməsi ciddi qalmaqala səbəb olmuşdu. Həmin vaxt bu əməliyyata görə ölkənin daxili işlər naziri Sadettin Tantan ile ANAP-lı Əkrəm Pakdemirli qarşı-qarşıya gəlmişdi. Mediaya danışan Pakdemirli bildirmişdi ki, polisin apardığı axtarış ümumən 80 evi əhatə edib. O, məhz bu məqsədlə təhlükəsizlik xidməti əməkdaşlarını daha diqqətli olmağa çağırmışdı: “Basqın zamanı partiya rəhbərliyində keçmişdə təmsil olunan Eymen Topbaş və qardaşı Mustafa Topbaşın villalarına da girildiyini öyrəndik. Bu evlərdə yaşayan insanların yataq otaqlarına qədər girblər, həmin adamları yerə yatırıb, üzərlərindən çəkmə ilə keçiblər. Hətta evdəki it hürdüyü üçün onu vurub öldürüblər”.
O, bu sözlərlə nazir Tantanı tənqid etsə də, Tantan öz növbəsində bildirmişdi ki, Oktar və onun heyətini bir partiya ilə əlaqəsi olduğu artıq müəyyənləşib.

“Açar ad” – Tuğba Babuna...

Adil Serdar Saçan əməliyyatdan sonra Oktar və qrupunu “cinayətkar dəstə” olaraq qələmə verib. O bildirib ki, Oktar Babuna üçün ilik köçürülməsi kampaniyasını təşkil edən şəxsin də bacısı Tuğba Babuna olduğunu açıqlamışdı. Saçan bildirmişdi ki, Oktar və qrupu bəzi partiyaların nəzarətini ələ keçirməyi hədəf alıb. Onlar bu məqsədlə bazardan porno disklər alıblar və bunların üzərində kompüter vasitəsilə şantaj edəcəkləri şəxsin görüntüsünü əlavə edərək, fotomontaj ediblər. Onlar şantaj zamanı bu görüntülərdən istifadə ediblər.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Adnan Oktarın həbsxanadan ilk tələbi: "Mənə qəzet gətirin"

    Adnan Oktarın həbsxanadan ilk tələbi: "Mənə ...

    24-07-2018, 23:19

  • 
  • Adnan Oktar dindirilir: Azərbaycanlı şikayətçilər də var

    Adnan Oktar dindirilir: Azərbaycanlı şikayətçilər ...

    18-07-2018, 12:42

  • 
  • Adnan Oktarın qardaşını da həbs edə bilərlər

    Adnan Oktarın qardaşını da həbs edə bilərlər ...

    1-08-2018, 12:37

  • 
  • Adnan Oktarın əmlakı müsadirə olunub

    Adnan Oktarın əmlakı müsadirə olunub ...

    11-07-2018, 16:13

  • 
  • Adnan Oktarın azərbaycanlı qurbanları səfirliyə müraciət etdi – Cinsi təcavüz... (FOTOLAR)

    Adnan Oktarın azərbaycanlı qurbanları səfirliyə ...

    16-07-2018, 17:16


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (127)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu