Türkiyədə bir ailənin bayramı faciəyə çevrilib. 80 yaşlı baba qurban kəsilən zamanı mübahisə etdiyi 24 yaşlı nəvəsinə odlu silahla atəş açaraq əvvəl onu, daha sonra da özünü öldürüb.
gundemxeber.az Moderator.az-a istinadən xəbər verir ki, yaşlı kişinin qurban kəsilən zamanı ailə böyüyü olaraq çağırılmadığı və əlinin öpülmədiyi üçün əsəbiləşdiyi iddia edilir.
Psixoloji vəziyyətinin yerində olmadığı bildirilən yaşlı kişinin nəvəsinə “Mən bu ailənin böyüyüyəm. Nəyə görə məni qurban kəsməyə çağırmamısız? Heç böyüyə hörmət qalmayıb” dedikdən sonra nəvəsi ilə mübahisə etdiyi və ona atəş açdığı ifadə edilib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?