Nərimanov rayonunda dəhşətli qətl törədilib. Y.V.Çəmənzəminli küçəsi 106, mənzil 44-də kirayədə yaşayan 1987-ci il təvəllüdlü Nübar Muradova keçmiş həyat yoldaşı, 1982-ci il təvəllüdlü Qurban Kazımov tərəfindən amansızlıqla öldürülüb. Çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlər alan 28 yaşlı qadın hadisə yerindəcə keçinib. Qurban Kazımov hadisəni törətdikdən sonra bıçaqla öz bilək damarlarını kəsib. İntihar etmək istəyən 33 yaşlı kişinin həyatını xilas etmək mümkün olub. O, xəstəxanaya yerləşdirilib. İlkin məlumata əsasən cinayətin motivi Nübar Muradovanın davranışı olub. Məlumdur ki, cütlük məhkəmə üsulu ilə ayrılıblar. Amma məhkəmənin qərarı ilə bir mənzildə yaşayıblar. Dindirilmə zamanı Qurban Kazımov etiraf edib ki, qonşuların onun keçmiş arvadının davranışına dair ikimənalı atmacalarından bezib. Fevral ayının 2-də gecə evə gələrək Nübar Muradova ilə mübahisə edib. Mübahisə zamanı o, hələ də bir evdə yaşadıqları üçün Muradovadan özünü buna uyğun aparmasını tələb edib. Qadın isə cavab olaraq azad olduğunu, istədiyi kimi davranmaq ixtiyarında olduğunu bildirib. Bu, Qurban Kazımovu özündən çıxarıb.
Sorğu
Yeni dizaynımız necədir?