Alimlərin fikrinə əsasən, İndoneziyada baş vuran vulkan leysan yağışlarına səbəb olub. Nəticədə isə Napoleon Vaterlo döyüşündə məğlub olub.
Vaterlo döyüşündən iki ay əvvəl Sumbava adasına Tambora vulkanı püskürüb. Fəlakət nəticəsində 100 min insan həlak olub və bütün qitənin iqlimi dəyişib.
Alimlər ehtimal edirlər ki, vulkanın külü ionosfer qatında qısa qapanmaya səbəb olub və buludların yaranması ilə nəticələnib. Bu isə Avropada güclü yağışların başlamasına səbəb olub. Qeyd edək ki, Vaterlo savaşı 1815-ci ilin 18 iyun tarixində olub. Elba adasından sürgündən qayıdan Fransa imperatoru taxtı özünə qaytarmağa cəhd edib. Amma məğlub olaraq Müqəddəs Yelena adasına sürgünə göndərilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?