İndoneziyanın Mərkəzi Cava əyalətində Candiroto kəndi yaxınlığında yerləşən Sileri yanardağında vulkanın püskürməsi nəticəsində 10 nəfər xəsarət alıb. Bu barədə ölkənin Fövqəladə Hallar Agentliyinin sözçüsü Sutopo Purvo məlumat verib. “Anidən baş verən partlayış zamanı soyuq lava, kül və palçıq püskürdü. Nəticədə 10 nəfər yaralandı. Ərazidə geniş təhlükəsizlik tədbirləri görülür. Turistlərin girişi qadağan edilib. Ətrafda yaşayanlar təxliyə olunur”, - Purvo bildirib. O bildirib ki, vulkanın külləri 50 metrə qədər yüksəkliyə qalxıb. Qeyd edək ki, Sileri yanardağında sonuncu dəfə 2009-cü ildə vulkan püskürmüşdü.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?