Londonun sabiq meri, Britaniyanın keçmiş XİN başçısı Boris Consonun ailəsi dağılıb. Daha doğrusu, 53 yaşlı məhur siyasətçini xanımı, 54 yaşlı vəkil Mariya Uiler evdən qovub.
gundemxeber.az bildirir ki, Boris Conson və Mariya Uiler 1993-cü ildə ailə qurublar. Onların Kassia Piçes, Lara Lettis, Teodor Apollo və Maylo Artur adlı övladları var.
Mariya Uiler ərini evdən qovub. O, Boris Consonu xəyanətlərdə suçlayıb.
Ərlə arvad uzun müddətdən bəri müxtəlif tədbirlərə birgə qatılmırdılar.
1987-1993-cü illərdə Alleqra Ouenlə nikahda olmuş Boris Conson ikinci ailəsini quranda, Mariya Uilerlə nikahı rəsmiləşdirəndə nümunəvi ailə başçısı olacağına and içmişdi. Lakin 2004-cü ildə o, arvadına yazıçı Petronella Uayatt, 2009-cu ildə isə incəsənət eksperti olan Helen Makintayrla xəyanət etmişdi. Və bu xəyanətlər faş olmuşdu.
Mariya Uiler ərini evdən qovmaqla yanaşı, işindən də istefa verib. O, Boris Consonun hüquq məsələləri üzrə müşaviri idi.
Boris Conson indiyədək heç bir mühüm qərarı arvadı ilə məsləhətləşmədən vermirdi.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?