Böyük Britaniya xarici işlər naziri Boris Conson Fars körfəzi ölkələrini, o cümlədən Səudiyyə Ərəbistanını Qətərə təzyiqi azaltmağa çağırıb.
gundemxeber.az APA-ya istinadən xəbər verir ki, qətərli həmkarı Məhəmməd bin Əbdurrəhman əl-Tani ilə görüşən B. Conson bildirib ki, London bir sıra ölkələrin Qətərə qarşı hərəkətindən narahatdır.
"Fars körfəzi ölkələrini gərginliyin azaldılması və problemin həlli üçün təcili addımlar atmağa çağırıram", - deyən B. Conson vurğulayıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?