GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Bazarda qiymətlər enmək bilmir - REPORTAJ

Bazarda qiymətlər enmək bilmir - REPORTAJ

Tarix: 18-07-2013, 00:42 Bölmə :Maraqlı Baxış: 1 879
Bazarda qiymətlər enmək bilmir - REPORTAJ
Yay mövsümünün ortasında bazarda bəzi meyvələrin qiyməti qışdakına yaxındır

Yay ayları gəldikcə mövsümi meyvə və tərəvəzlərin qiymətlərində ucuzlaşma olacağı gözlənilirdi. Adətən, yayda meyvə-tərəvəzin ucuzluğu digər ərzaq məhsullarının da qiymətinin aşağı düşməsinə səbəb olur.

Çünki ilin digər fəsilləri ilə müqayisədə məhz yayda bazarlar ərzaq məhsulları ilə bol olur. Bu isə nəticədə qiymətlərin enməsinə gətirib çıxarır. Amma bu yay mövsümündə paytaxt bazarlarında bunun tam əksi müşahidə edilir. Bu da bazarın tələb-təklif münasibətləri sisteminə zidd tendensiyadır.

Tələb-təklif qanunlarına zidd bazar

Məlum olduğu kimi, bahalaşma 2 halda olur - biri məhsul qıt olanda, digəri ona tələbat artanda. İndi bu iki halın heç biri müşahidə olunmur. Üstəlik, Ramazan ayının başlaması nəticəsində ərzaqlara tələbat müəyyən qədər azalıb. Lakin bu halda belə qiymətlər nəinki enmir, əksinə bahalaşır.

Son günlərdə paytaxtın bir neçə bazarında apardığımız müşahidələr zamanı aydın oldu ki, bu il bazarlarda son dövrlərdə ən bahalı ildir. Maraqlıdır, məhsul boldur, amma qiymətlər ucuz deyil...

Hazırda bazarlarda ən ucuz halda kələmi 1 manata, almanı 2-3 manata, xiyarı 40 qəpiyə, kartofu 50 qəpiyə, soğanı 70 qəpiyə, çiyələyi 3 manata, badımcanı 50 qəpiyə, lobyanı 1 manata, qozu, şabalıdı, fındığı 5 manata, pomidoru 80 qəpiyə, çuğundur, kök, turp kimi tərəvəzləri 80 qəpiyə, göyərtini 20 qəpiyə, gilası, əriyi, şaftalını 1-3 manata, limonu 20 qəpiyə, kənd yumurtasını 20 qəpiyə almaq olur.

“Bu il bu meyvələrə nə olub, bilmirəm...”

Bakıxanov bazarına öz məhsulunu satmağa gətirən Kamal adlı şəmkirli satıcı deyir ki, bazarlarda daimi alverçilər var, onlar məhsulu səhər tezdən bazara satmağa gətirən kəndlidən alıb 3-5 qat bahasına satırlar: “Əslində, rayonlarda elə də baha deyil, bahalığı yaradan alverçilərdir. Onlar olmasa, kəndlilər öz məhsullarını özləri gətirib satsa, qiymətlər ən azı 2 dəfə aşağı düşər”.
Buraya bazarlığa gəlmiş Tahir adlı alıcı deyir ki, bu il meyvə-tərəvəzə pul çatdıra bilmirlər: “Gilas, ərik, şaftalının kilosunu 3 manata alıram, keçən il isə 1 manatdan yuxarı deyildi. Qarğıdalının bir dənəsi 40 qəpikdir, halbuki keçən il 10-15 qəpik idi. Bu il nə olub bilmirəm, bütün meyvə-tərəvəz bahadır”.

Satıcılar qiymətlərin bahalılığını məhsulun az olması ilə izah edirlər. Deyirlər ki, onlar özləri yerindən baha alırlar. Deyirlər ki, bu il iqlimlə bağlı bir çox meyvə-tərəvəzlər qıt olub, ona görə bahalıqdır. Bəzi alıcılar isə bildirdi ki, pensiyalar və maaşların artacağı xəbəri indidən bahalaşmaya səbəb olub.

Bir alıcı isə bahalığı başqa səbəblə əlaqələndirdi. Onun sözlərinə görə, indi hamı qışa mürəbbə, kompot kimi konservlər hazırlayir. Ona görə də, meyvə-tərəvəz bahadır.

“Yeməyə meyvə ala bilmirik”

“8-ci kilometr” bazarındakı qiymətlər başqa bazarlara nisbətən bir az ucuz olsa da, yenə alıcılar bahalıqdan narazıdır. Burada kilosu 2 manatdan aşağı hər hansı bir meyvə tapmaq olmaz. Alma 2 manat, ərik və şaftalı 2-3 manat, çiyələk və gilas isə 3-4 manatdır. Qarpızın kilosu 40, yemişin kilosu 50 qəpikdir. Ən ucuz soğan 60-70 qəpikdir. Kartof isə 50 qəpikdən aşağı deyil.
Pensiyaçı olduğunu deyən Leyla xanım qiymətlərin bahalığından gileylənir: “İndi əriyin, çiyələyin, gilasın bol vaxtıdır, amma qiymətlər çox bahadır. Hər il qış üçün xeyli kompot, mürəbbə qoyurduq, bu il heç yeməyə belə ala bilmirik. Gilas 3 manatdan, şaftalı və ərik 2 manatdan aşağı düşmür. Televiziyada deyirlər ki, bu il ölkədə məhsul bol olub, həqiqətən də belədirsə, onda maraqlıdır bəs niyə qiymətlər ucuz deyil?”
Bu bazarda tərəvəzlər də ucuz deyil. Lobya, badımcan, kələm, pomidor, kök, çuğundur kimi tərəvəzlərin ən ucuzu isə 70-80 qəpikdən başlayır. Bazarda məhsulun bol, alıcıların az olması da diqqətimizi çəkdi....

Bakı bazarlarında qiymətlər

Ümumiyyətlə, bü gün Bakı bazarlarındakı meyvə-tərəvəz qiymətlərini ümumiləşdirsək belə bir mənzərə alınar.

Kartof - 40-50 qəpik,
Adi soğan - 70-80 qəpik,
Qırmızı soğan - 1.5-2 manat,
Gül kələmi - 2 manat,
Kələm - 1 manat,
Alma - 2-3 manat,
Armud - 1.5-2 manat,
Ərik - 2-3 manat,
Gilas - 3-4 manat,
Çiyələk - 3 manat,
Limon - 20 qəpik,
Pomidor - 0.8-1.2 manat,
Badımcan - 60-80 qəpik,
Lobya - 1-1.5 manat,
Göyərti - 20 qəpik,
Qoz, fındıq - 5 manat,
Meyvə quruları - 5-10 manat,
Kök - 1 manat,
Qarpız - 40 qəpik,
Yemiş - 50 qəpik,
Qarğıdalı - 40 qəpik,
Çuğundur - 80 qəpik,
Zeytun - 3 manat,
Brokoli - 3 manat.

Qeyd etmək lazımdır ki, mağazalarda qiymətlər bazardakından 2 dəfə bahadır. Ötən ilin iyul ayında olan qiymətlərlə müqayisə aparanda məlum olur ki, qiymətlər ortalama 2 dəfə yüksəkdir. Səbəbləri ümumiləşdirsək, iqlim şəraitinin əlverişli olmaması səbəbindən bəzi məhsulların qıtlığını, meyvə-tərəvəzlərin daha çox Rusiyaya ixrac edilməsini göstərmək olar. Deyilənə görə, qarşıdakı aylarda bazara daha çox meyvə-tərəvəz məhsulunun çıxarılması ilə ucuzlaşma olacaq. Payız məhsulunun bol olacağı gözlənilir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Kənd təsərrüfatı məhsullarının qiyməti yenə artacaq

    Kənd təsərrüfatı məhsullarının qiyməti yenə ...

    11-12-2013, 12:41

  • 
  • Bahalaşma bumu bölgələrə də çatdı - Reportaj

    Bahalaşma bumu bölgələrə də çatdı - Reportaj ...

    30-12-2013, 12:11

  • 
  • Azərbaycanda bu məhsullar bahalaşdı - SİYAHI

    Azərbaycanda bu məhsullar bahalaşdı - SİYAHI ...

    10-11-2015, 13:14

  • 
  • Bakıda köhnə evlərə qiymət və tələbat niyə artır?

    Bakıda köhnə evlərə qiymət və tələbat niyə artır? ...

    3-05-2014, 12:21

  • 
  • Bayram yaxınlaşdıqca qiymətlər əlçatmaz olur

    Bayram yaxınlaşdıqca qiymətlər əlçatmaz olur ...

    11-10-2013, 10:54


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (381)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu