GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Bayram yaxınlaşdıqca qiymətlər əlçatmaz olur

Bayram yaxınlaşdıqca qiymətlər əlçatmaz olur

Tarix: 11-10-2013, 10:54 Bölmə :İqtisadiyyat Baxış: 1 361
Bayram yaxınlaşdıqca qiymətlər əlçatmaz olur
Qurbanlıq heyvanlarla yanaşı, ərzaq məhsulları da bahalaşmağa başlayıb; ekspertlər bunu süni amillərlə izah edir...
Hər il müsəlmanların müqəddəs bayramı hesab edilən Qurban bayramı ilə əlaqədar olaraq paytaxtda, eləcə də bölgələrdə ətin və ərzaqların qiymətində bahalaşma müşahidə edilir. Qarşıdan gələn bayramın ən vacib əməli sayılan qurbanlıq qoyun kəsmək - müsəlman aləmində bu əlamətdar günün atributuna çevrilib. Bu üzdən artıq rayonlardan heyvan gətirən işbazlar bayramda qiymətləri ən azı 25-40 faiz bahalaşdırmaq barədə düşünürlər.
Reallıq belədir ki, əhalinin əksər kəsimi imkansızlıqdan qurbanlıq ala bilmir. Bazarlarda isə xırda buynuzlu heyvanlarla yanaşı, mal ətinin qiymətində də qalxma müşahidə edilir. Bayram yaxınlaşdıqca, çoxlu sayda xırda buynuzlu heyvanlar ölkənin müxtəlif rayonlarından satılmaq üçün paytaxta gətirilsə də bazarlarda qiymətlər yenə yuxarıdır.
Məlumdur ki, təkcə Azərbaycan yalnız bayram günlərində deyil, daim ət məhsullarına güclü tələbatı ilə seçilən ölkələrdəndir. Bir çox müsəlman ölkələrində bayram günlərində mal-qaranın qiymətində endirimlər edilir. Azərbaycanda isə hər il bunun əksi müşahidə olunur və ətin qiyməti əvvəlki günlərə nisbətən bahalaşdırılır.
Bayramın yaxınlaşması bazarda ərzağın qiymətində də süni artıma stimul verib. Ət bazarında və mağazalarda ərzaqların qiymətini öyrənmək üçün bir neçə yerə baş çəkdik.
Təbriz küçəsi ərazisində yerləşən ət dükanının sahibi Firdovsi hələ ki ətin qiymətinin dəyişməz qaldığını bildirdi. O, mal ətini 8 manata, quzu ətini isə 10 manata satdığını dedi: “Hələ ki kilo ilə satdığımız ətin qiymətini bahalaşdırmamışıq. Amma çox güman ki, bayrama 1 və ya 2 gün qalmış qiymətlər artacaq. Biz də kəsmək üçün heyvanı gedib kənddən gətiririk. Qurban bayramı ərəfəsi olduğu üçün kənddə heyvanı baha satırlar. Qurbanlıq qoyunlar da satırıq. Onların qiymətində isə artım etmişik”.
Bu zaman qurbanlıq qoyun almaq üçün gələn müştəri Asəf Əliyev heyvanı indidən almağın sərfəli olduğunu söyləyir: “Qurbanlıq heyvanı indidən alıram. Çünki indi bahadırsa, qurban bayramı günü iki qat baha olacaq. Ona görə də almaq istəyənlərə məsləhət görərdim ki, indidən alsınlar”. O, qəssabla uzun-uzadı müzakirədən sonra razılığa gəlir və heyvanı 200 manata alır.
Digər ət dükanında çalışan qəssab Namiq isə ətin qiymətini 50 qəpik bahalaşdırdıqlarını dedi: “Əvvəllər mal əti 8 manata, indi isə 9-a, qoyun ətini isə 10 manat 50 qəpiyə satıram. Qurban bayramından sonra qiymət əvvəlki kimi olacaq”.
Yağın, südün, süd məhsullarının qiymətlərində də müəyyən artım var. Həmçinin kənd təsərrüfatı məhsullarının qiyməti qalxıb. Xüsusən də kartof, soğan, xiyarın qiymətində artım müşahidə edilir. Satıcılar bahalaşmanın Qurban bayramı ilə əlaqəli olduğunu deyirlər.
“8-ci kilometr” bazarının satıcılarının sözlərinə görə, əsl bahalaşma bayrama bir gün qalmış olacaq: “İndi qiymətlərdə elə də artım yoxdur. Biz də istəmirik qiymətlər qalxsına. Ancaq bizdən asılı deyil. Bizə də yerindən baha satırlar”.
İqtisadçı ekspertlər isə süni qiymət artımının olmasını vurğulayır. Onların qənaətincə, kəsim üçün heyvanların, ətin qiymətindəki artımlar, eləcə də ətin qiymətinin mövcud səviyyəsi heç də bazarın diktə etdiyi qiymət artımları deyil. Bu fonda bildirilir ki, ətin qiymətinin azalması o zaman mümkündür ki, süni baryerlər aradan qaldırılsın və ölkə daxilində qiymətin bazar tərəfindən tənzimlənməsi həyata keçsin. Əks halda, təbii ki, yüksəlmənin qarşısını almaq mümkün olmayacaq.
Burada isə əsas rol bazara nəzarət edən inhisarçılara və Qurban bayramından istifadə edərək daha çox qazanc götürməyə çalışan alverçilərə məxsusdur. Digər tərəfdən, o da qeyd olunur ki, hər il qış qabağı ətin qiymətinin qalxması artıq adət halını alıb.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qurban bayramı zamanı özünüzü bəzi işbazlardan qoruyun! - ARAŞDIRMA

    Qurban bayramı zamanı özünüzü bəzi işbazlardan ...

    19-09-2015, 12:32

  • 
  • Bakıda qurbanlıq heyvanların qiymətləri

    Bakıda qurbanlıq heyvanların qiymətləri ...

    12-10-2013, 13:07

  • 
  • Xaçmaz və Şabran polis şöbələrində işçilərdən nazirin adından pul yığılıb-Qurban bayramı üçün

    Xaçmaz və Şabran polis şöbələrində işçilərdən ...

    14-10-2013, 20:31

  • 
  • Bakıda qurbanlıq heyvanların satış YERLƏRİ müəyyənləşdirildi

    Bakıda qurbanlıq heyvanların satış YERLƏRİ ...

    30-09-2013, 12:00

  • 
  • Azərbaycan Qurban bayramını qeyd edir

    Azərbaycan Qurban bayramını qeyd edir ...

    15-10-2013, 01:02


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu