Səhiyyə Nazirliyinin məlumatına görə, yaralı sayı 34-ə yüksəlib.
Onlardan 27-si təcili tibbi yardım maşınları ilə, 7-si isə özü xəstəxanaya müraciət edib. Yaralılardan 3-ü 1 Saylı Şəhər Kliniki Xəstəxanasına, 2-si Travmotologiya İnstitutuna, qalanları isə 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparılıb. Əksəriyyətinin vəziyyəti ağırdır.
X X X
Heydər Əliyev Beynəlxalq Hava Limanından Binə qəsəbəsinə aparan yol bağlanıb.
Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində ağır yol qəzası ilə əlaqədar Əli İsazadə küçəsi bağlanıb.
Hazırda 160 saylı marşrut xətti ilə hərəkət edən avtobusun qatarla toqquşduğu ərazidə araşdırma aparılır.
Qeyd edək ki, bu gün təxminən 14.35 radələrində 160 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən "10-TG-106" dövlət qeydiyyat nişanlı sərnişin avtobusu Xəzər rayonu, Binə qəsəbəsində hərəkətdə olan qatarla toqquşub. Qəza həmin ərazidəki qorunan dəmiryolu keçidində baş verib.
---------
16:05
Bakı şəhəri, Xəzər rayonunun Binə qəsəbəsində sərnişin avtobusu ilə qatarın toqquşması nəticəsində xəsarət alanların sayı 26 nəfərə çatıb.
----------
15:37
Xəzər rayonu Binə qəsəbəsində 160 saylı avtobusun qatarla toqquşması nəticəsində xəsarət alanların biri dünyasını dəyişib. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədovanın Trend-ə verdiyi məlumata görə, 1 nəfər dünyasını dəyişib.
3 saylı Şəhər Klinik Xəstəxanasından verilən məlumata görə, hadisə nəticəsində dünyasını dəyişən azyaşlı oğlandır.
Hazırda 20 nəfər xəstəxanaya daxil olub, vəziyyətləri ağırdır.
Səhiyyə Nazirliyinin mətbuat xidməti hadisə yerinə 10 təcili tibbi yardım briqadası cəlb edildiyini bildirib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Əbubəkirov sözlərinə görə, xəsarət alanların 7-si qadın, 10-u kişi, 3-ü uşaq olub. Xəsarət alan uşaqlardan biri xəstəxanaya gətirilərkən yolda dünyasını dəyişib.
---------
15:00
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən unikal.org-a verilən məlumata görə, hadisə yerinə 10 təcili tibbi yardım briqadası cəlb edilib.
8 yaralı Sabunçuda yerləşən 3 saylı şəhər xəstəxanasına aparılır./milli.az
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?