Astronomlar Günəş sistemində cırtdan planet aşkar ediblər.
Gundemxeber.az xəbər verir ki, bu barədə “Astronomical Journal” nəşri məlumat verib.
Vaşinqtonda Karnegi Elmlər İnstitutundan Skott Şeppard bildirib ki, bu cür planetləri, mahiyyətcə, kosmik yol işarəsi adlandırmaq olar. Onun sözlərinə görə, bunlar “iks planetinə” yolu göstərir. Onlardan nə qədər çox tapılarsa, Günəş sisteminin ətrafının quruluşunu bir o qədər çox öyrənmək olar.
Son illər alimlər Günəş sisteminin kənarında bir neçə cırtdan planet və obyekt aşkar etməklə Neptun və Pluton orbitlərindən kənarda “həyatın” sona çatmadığını, daha böyük məsafədə nəhəng səma cisimlərinə rast gəlməyin mümkünlüyünü sübut ediblər. 2014-cü ildə S.Şeppard və onun həmkarı Çad Truxilo Günəşdən 12 milyard kilometr məsafədə Bayden plutoidi, 2015-ci ildə daha uzaq məsafədə V774104 planetini kəşf ediblər.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?