ABŞ-ın Nyu-Meksiko ştatında qəribə hadisə baş verib.
Gundemxeber.Az xəbər verir ki, təyyarədə yanında oturan qadının sinəsinə əl vuraraq ona təcavüz etməyə çalışan bir nəfər məhkəmə qarşısında açıqlaması ilə hər kəsi şoka salıb.
Belə ki, adı açıqlanmayan bir qadının şikayəti üzrə saxlanılan və təcavüzdə ittiham olunan şəxs hakim qarşısında özünü günahsız sayıb. O, prezident Donald Trampın “Qadınların istənilən bədən üzvünə toxunmaq normaldır” sözlərini sitat gətirərək pis hərəkət görmədiyini və ölkə başçısından örnək götürdüyünü söyləyib.
Özünü günahsız sayan şəxsə 2 il həbs cəzası və 250 min dollar cərimə tətbiq olunub.
Qeyd edək ki, 2005-ci ildə D.Trampın qadınlar haqda danışığı özünün də xəbəri olmadan lentə alınıb. O bildirib ki, qadınların cinsi orqanlarını anlamaq və onlara toxunmaq normal haldır. O, əlavə edib ki, məşhur olduqdan sonra qadınlarla istənilən hərəkəti etmək olar.
2016-cı ildə Donald prezident seçilməmişdən öncə bu səs yazısı yayılıb və dediyi sözlərə görə ölkə başçısı bütün qadınlardan üzr istəyib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?