“Əgər ABŞ prezidenti Donald Trampın özündən asılı olarsa, o, Krımın Rusiyaya birləşməsini tanıya bilər”
Bunu “Rossiya 1” telekanalın efirində Atlantik Şurasının aparıcı eksperti Ariel Koen bildirib.
Onun sözlərinə görə, Vaşinqton demokratiyasının mövqeyi budur ki, Krımın zəbt edilməsi tanınmayacaq. O, Baltikyanı ölkələrin SSRİ tərəfindən işğalının ABŞ tərəfindən tanınmamasını xatırladıb. Ekspert hesab edir ki, ABŞ Donbas üzrə danışıqların tamamlanmasından sonra Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları ləğv edəcək.
Koen həmçinin xatırladıb ki, Ukraynadakı vəziyyət və Krımın Rusiya tərəfindən ilhaqına görə Rusiyaya qarşı sanksiyaları Ağ Ev deyil, ABŞ Konqresi tətbiq edib.
“Donbas üzrə razılaşma olarsa, Konqres sanksiyaların ləğvi düsturunu tapmalı olacaq. Amma bu, çox çətin olacaq”, - Koen deyib.
Xatırladaq, Rusiyaya qarşı sanksiyalar 2014-cü ildə Krımın ilhaqından sonra tətbiq edilib./publika.az
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?