GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Evsiz jurnalistikanın “Amaşov kurqanı”

Evsiz jurnalistikanın “Amaşov kurqanı”

Tarix: 23-07-2013, 18:20 Bölmə :Maraqlı Baxış: 793
Evsiz jurnalistikanın “Amaşov kurqanı”
Yaxud təbrik əvəzinə nekroloq

(Azərbaycan jurnalistikasının parlaq xatirəsinə ithaf olunur)

Azərbaycanda Milli Mətbuat günü, jurnalistika günü nə ilə yadda qaldı? Son bir ili qiymətli araşdırmalarla, parlaq publisistik yazılarla, adamı riqqətə gətirən reportajlarla qeyd etmiş tanınmış jurnalistlərin təbrikləri ilə?
Təəssüf ki, bu janrlarda oxucu boz və odioz mətbu orqanlarda oxumağa heç nə tapmır. Üstəlik bütün bu janrların artıq öldüyünü deməyə məcburuq, onlar artıq yoxdur. Onları daha tapa bilməzsən.
Jurnalistikanı yarımcan hala saldılar. Yox, əvvəlcə onu əməlli-başlı ələ salıb doladılar, sonra öldürdülər. Bu gün Azərbaycanda nəinki effektiv, peşəkar və məsuliyyətli kütləvi informasiya vasitəsi praktiki olaraq qalmayıb, ölkədə ümumiyyətlə müstəqil jurnalistika yoxa çıxıb. Çap mətbuatı hansısa “Paritet” və “Palitra”lardan, “İki sahil” və “Bakı xəbər”lərdən ibarət böyük makulatura zibilliyinə çevrilib. Bəs Əlimərdan bəy Topçubaşovun əfsanəvi “Kaspi” qəzetini gör nəyə çeviriblər?! Bu qəzetin sahibləri hətta çar və qədim slavyan loqotipini mənimsəməyə də cürət etdilər. Amma tamamilə sarsaqcasına...
Əlimizdə olanların ən yaxşısı sayılan “Yeni Müsavat” qəzeti indi əvvəlki kimi “dişli” görünmür. Narazı elektoratın gertsensayağı “Zəng”i rolunu oynayan digər ümumilli qəzet - “Azadlıq” isə sarı partizan döyüş vərəqəsi səviyyəsinə enib. Ondan yalnız kənd intelligensiyası ürəyini boşaltmaq üçün istifadə edir. Bu üslubu peşəkar jurnalistikaya aid etmək isə çətindir.
Evsiz jurnalistikanın “Amaşov kurqanı”
Neft ölkəsinin zəngin paytaxtının azsaylı qəzet köşklərində oxumağa nə tapa bilərsiniz? Kif iyi verən pis qoxulu dəftərxana kağız-kuğuzundan - bolşevik təbliğat aparatının pis ənənələrinin davam etdirən bir yığın hökumət qəzetindən başqa heç nə. “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”... - yalnız bunları.
Evsiz jurnalistikanın “Amaşov kurqanı”
Hətta Putin Rusiyası da bu primitiv və pis qoxulu qəzet çoxnövçülüyündən imtina edərək rəsmi xronikanı yalnız “Rossiyskaya qazeta”nın səhifələrində verməklə kifayətlənir. Bizdə isə qəzetçilik işini də korrupsiya relsi üzərinə diyirlədiblər. Yalnız prezidentin fəaliyyətinə dair rəsmi xronikanı dərc edən, bununla da heç kimə lazım olmayan və makulatura kimi saralıb tullanan qəzetlərin nəşrinə xəzinədən hər ay on minlərlə manat vəsait ayrılır. Əgər bütün bu informasiyalar prezidentin özünün saytında varsa, onda həmin qəzetlər kimin nəyinə lazımdır? Bu pullar qəzetçilik adı altında nəyə görə israf olunur?
Bu suallara cavab yoxdur. Lakin bu sualların hər biri Azərbaycan jurnalistikasının uzadıldığı tabuta vurulmuş bir mismardır.
Azərbaycan jurnalistikasını həm də əsl jurnalistlərin istedad və bacarığından istifadə etməməklə məhv etdilər. Əgər sənin yazdıqlarını heç kim oxumursa, niyə və hara yazasan axı?! Bu sual Qoqolun “Şinel”indən çıxmış köhnə nəsildən olan jurnalistlərin dilinin əzbəridir. Əgər kütləvi deqradasiyanın baş alıb getdiyi, intellektual səfalətin hökm sürdüyü şəraitdə Qoqolu da çoxdan bəri heç kim oxumursa, köhnə jurnalistika kimə və kimin nəyinə lazımdır axı?!
Evsiz jurnalistikanın “Amaşov kurqanı”
Köhnə sovet jurnalistikası ilə bərabər parlaq publisistikanın köhnə nəsli də ölüb gedir. Lakin əgər intellektual jurnalistika təbii yolla ölmürsə, köhnə məktəbin ənənələrinin daşıyıcılar təbii ölümlə sıradan çıxırlar. Bəs onların yerini kim tutacaq? Sözün dəyərdən düşüb ucuzlaşması, Azərbaycan jurnalistikasının kasadlığı, hakimiyyətin məqsədyönlü repressiya siyasəti öz işini görüb - indən belə jurnalistika bizim ölkəmizdə heç də hörmətli və nüfuzlu məşğuliyyət deyil. Jurnalistika öz qapılarını küt adamların və həyatda özünə yer və peşə tapa, özünü təsdiqləyə bilməyən şair-aşıqların üzünə açılıb. Jurnalistika kütbeyinlərin, yaramazların və çıxdaş olunmuş tör-töküntülərin sığınacaq yerinə çevrilib. Jurnalistika pis qoxulu (sözün hərfi mənasında) adamların səhnəsinə dönüb.

***

Mən ailə quranda həyat yoldaşımın qonşuları xanımımın seçiminə bərk təəccüblənibmişlər. “Siz öz qızınızı jurnalistə necə ərə verə bilərsiniz axı?” - deyə qonşuları əllərini təəssüflə yelləyib həyat yoldaşımın valideynlərini məzəmmət edirmişlər.
Belə götürəndə bu cür düşünənlər özlərinin adama xoş gəlməyən bu qiymətləndirməsində haqlıdır. Çünki yeni jurnalistikanın və jurnalistlərin üzünə baxanda bu adamlarla bir sırada dayanmaq adama təhqiramiz gəlir və daxili məninə toxunur.
Azərbaycan jurnalsitikasının ölümünü şərtləndirən səbəblərdən biri də əvvəlki məktəbin ənənələrinin ölməsi ilə yanaşı həm də dövlətin yeni və azad fikirli yenidənqurma və postsovet jurnalistikası ilə mübarizə aparması oldu. Bu dövrü Nəcəf Nəcəfov, Zərdüşt Əlizadə, Elmar Hüseynov, Mehman Əliyev kimi söz ustaları və mütəfəkkirləri simvolizə edirlər.
Xammaldan asılı hakimiyyətin YAP təfəkkürü püskürən aparatı bu məktəbin dəyərlərini və elə həmin bu dəyərlər əsasında tərbiyə almış yeni mətbu nəfəsi məhv etmək üçün özünün bütün potensialını jurnalistikadakı azadfikirliliyə qarşı səfərbər etdi və bu yolda əlindən gələni elədi.
90-cı illərin sonları-2000-ci illərin əvvəlləri mətbuatın bu intibah dövrü məktəbinin çiçəklənməsi ilə xarakterizə olunur. Darıxdırıcı və avtoritar əliyevçi kabinetlərdə sıxılıb qalmış onlarla, hətta yüzlərlə intellektual da bu məktəbə qoşulmuşdu. Və budur, bəlli oldu ki, Azərbaycan jurnalistikasının yeni nəsli yeni strukturlaşmaya - hakimiyyətlə cəmiyyətin münasibətlərinin üfüqi şəkildə qurulmasını istisna edən yeni siyasi sistemin doğuluşuna hazır deyilmiş.
Postsovet jurnalistikası hakimiyyətlə KİV-in yanaşı mövcud olmasının dəyişməkdə olan qaydalarına hazır deyilmiş. Yeni rola uyğunlaşmaq, hakimiyyətin yeni tələblərinə adaptasiya olunmaq ona çətin gəlirdi. Bizim jurnalistikanın tarixindəki “qara zolaq” - qətllər, həbslər, mühacirət, hakimiyyətlə daimi münaqişələr və permanent müharibələr də elə bu məqamda başladı.
Hakimiyyət həmişə olduğu kimi bu dəfə də qalib gəldi. Çünki sadəcə “qaz lələyi” ilə silahlanmış jurnalistlərin bu qeyri-bərabər döyüşdə dözüb-durmaq şanslarının olmadığı öncədən də bəlli idi. Lakin bütün müharibələrdə olduğu kimi bu döyüşlərin da nəticələri hakimiyyət üçün heç də təsəlliverici sayıla bilməz. Çünki mürəkkəb media relyefinin yerində media səhrası, mətbu boşluq yaranmışdı. Elə görünə bilərdi ki, bu durum Qlavlitin tikanlı yollarını keçmiş və Brejnev senzurası dövrünü görmüş bu azsaylı sovet jurnalistləri üçün daha asandır, nəinki yeni reallıqlara uyğunlaşmaq.
Amma yox! Aşkarlıq onları da pozdu. Azadlığın bu havası beyinləri həddən artıq dumanlandırmışdı. Onlar hətta müqavimət göstərməyə, Brejnevin durğunluq dövrünün neosovetizminin xortladılmasına qarşı çıxmağa cəhd etdilər. Və bu yolda qurbanlar verdilər.
90-cı illərin sonlarında həbsdən güclə qurtulan Rasim Ağayevin başına nə oyunlar gəldiyinə baxın. Mənasız, amma amansız bir qiyam qaldırmış Sirus Təbrizlinin necə qurtulduğuna diqqət yetirin. Zərdüşt Əlizadə, Mehman Əliyev, Emil Ağayev də öz yumşaq və kompromisli xarakterləri hesabına canlarını zorla qurtardılar...
Hakimiyyət yenidənqurmanın övladlarını əzəndən, intellektual sovet jurnalistikasının ənənələrini məhv edəndən sonra çoxrelyefli mətbuatın yerində nəhəng bir mətbu səhralıq yaratdı. Onun düz ortasında da sinə daşı - “Amaşov kurqanı” və Şuralar qurdu.
Təsəvvür edirsinizmi? Jurnalistika və Şuralar... Yenə də Şura hakimiyyəti... Azad jurnalsitikanın ruhuna zidd olan Şura...
Bəs ölkəmizdəki qeyri-azad jurnalistika nəyə çevrildi? Bunu artıq dedik. Bu jurnalistika dəftərxana, makulatura zibilliyinə, təbliğat-təşviqat tullantısına döndü. Bütün bunlar isə mundirli rəsmilərə ölkədə qeydiyyatdan keçmiş 5 min mətbuat orqanı barədə hesabat və raportlar verməyə gen-bol imkanlar yaradır. Lap 10 min olsun. Onların xeyri nədir? Onları heç Azərbaycanda da oxumurlarsa, qonşu ölkələrdə oxuyacaqlarmı?
Nəhayət, ən başlıcası odur ki, rusdilli jurnalistika da ölüb. Adamların bizi Biləcəridən o tərəfdə oxuya biləcəkləri bu başlıca dildə nəinki yaxşı yazanların, hətta sadəcə yazanların sayı heç bir ovuc da deyil. Bizdən sonra yeni nəsil gəlmir. Bilirsinizmi niyə? Güclü hakimiyyətin iradlarını, təlimat və göstərişlərini, narazlığını dinləmək kimi ürəyincədir ki?! Bu hakimiyyət elə qəzəblənə bilər ki, məhbus geyimi haqda düşünərsən. Risk nəyə lazım?! Bu sahədə azadlıq qətiyyən qalmayıb. Bəs onsuz göylərdə necə uçasan? Öz ictimai borcunu yerinə yetirmək üçün oxucuya ən yaxşı yazıları necə verəsən?!
Bunlara görə idi ki, bu gün - iyulun 22-də cənab prezident və çoxsaylı, amma istedadsız jurnalist ordusu evsiz jurnalistlərin mənzilindən danışırdı. Bizim yalnız tiraj üçün çıxan mağmın, savadsız, darıxdırıcı və boz jurnalistika bu sözün hərfi mənasında yuvasızdır. Jurnalistlər məişət problemlərinin həllindən başqa artıq heç nə ilə məşğul ola bilmir.
Nə yazasan? Sözünü kimə deyəsən? Nəyin uğrunda mübarizə aparasan?
Məndə belə bir təəssürat yaranıb ki, jurnalistə bənzəyən adamları bu gün Platonovun böyük “Çuxur”una yığıb basdırdılar. Onun üstündə də qəbirüstü abidə - “Amaşov kurqanı” yaratdılar. Bu kurqanın zövqsüz, məzmunsuz və yaxşı yonulmamış üzlük daşı o dünyaya yola salınmış əzabkeş Azərbaycan jurnalistikası tarixinin təcəssümüdür.
Yeri behişt olsun!

Eynulla Fətullayev, virtualaz.org
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda Milli Mətbuat günüdür

    Azərbaycanda Milli Mətbuat günüdür ...

    22-07-2013, 09:14

  • 
  • Universitetdə Jurnalistika fakültəsi ləğv edildi

    Universitetdə Jurnalistika fakültəsi ləğv edildi ...

    8-02-2016, 14:22

  • 
  • Mətbuat Şurasının sədri Rauf Mirqədirovun məhkəməsindən danışıb

    Mətbuat Şurasının sədri Rauf Mirqədirovun ...

    5-11-2015, 19:13

  • 
  • “İdən-ilə sayı azalan əsl jurnalistləri ürəkdən təbrik edirəm”

    “İdən-ilə sayı azalan əsl jurnalistləri ürəkdən ...

    22-07-2015, 13:37

  • 
  • Biznes Jurnalistika Layihəsi

    Biznes Jurnalistika Layihəsi ...

    13-10-2015, 13:31


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu