Moskva vilayətinin Podolsk şəhərində baş vermiş avtomobil qəzasında beş nəfər həlak olub.
Gundemxeber.az xəbər verir ki, “Toyota Land Cruiser” markalı avtomobilin sükanı arxasında Podolsk polisinin rəisinin 34 yaşlı həyat yoldaşı olub.
Hadisənin təfərrüatlarına gəlincə, “Mitsubishi” markalı minivenin sürücüsü təkəri dəyişmək üçün maşını yolun kənarında saxlayıb və xəbərdarlıq işıqlarını yandırıb. Elə bu vaxt “Toyota Land Cruiser” avtomobili bu maşıma çırpılıb. Qəza nəticəsində minivenin salonunda olan dörd nəfər həlak olub, daha bir yaralı isə xəstəxanada keçinib.
Fakt barədə məlumat yayılsa da, hələlik cinayət işinin başlanmadığı qeyd olunur. Rəisin arvadı isə başqa yerə getməmək haqqında iltizamla sərbəst buraxılıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?