GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » “Qayınana gəlini, gəlin qayınananı sevməli deyil” - Psixoloq

“Qayınana gəlini, gəlin qayınananı sevməli deyil” - Psixoloq

Tarix: 29-11-2018, 15:25 Bölmə :Maraqlı Baxış: 513
“Qayınana gəlini, gəlin qayınananı sevməli deyil” - Psixoloq


Azərbaycanda bu il qeydə alınan nikah və boşanmaların sayı açıqlanıb. Dövlət Sitatistika Komitəsindən verilən məlumata görə, cari ilin doqquz ayı ərzində qeydiyyat şöbələri tərəfindən 45977 nikah və 11102 boşanma halları qeydə alınıb, əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,3, boşanmaların sayı isə 1,5 olub.

Hər dövrdə ailədaxili problemlər mövcud olub. Qısqanclıq, maddi çətinliklər, xasiyyət uyğunsuzluğu, xəyanət, şiddət və s. cütlüklər arasında narazılıq yaradıb və boşanmalara səbəb olub. İllərdir ki, qayınana faktoru da ailələrin dağılmasına səbəb kimi göstərilir. Yeni qurulan ailələrə böyüklərin müdaxilə etməsi davalar, mübahisələr yaradır.

Qayınana gəlin, ailə böyükləri ilə gənclər arasında münasibətlər necə tənzimlənməlidir?
Musavat.com mövzu ilə bağlı psixoloq Vəfa Rəşidovanın fikrini öyrənib. O, deyib ki, gənc ailə ilə qayınana arasında anlaşılmazlıq daim olub: “Bu problem hər zaman olub, var və daim olacaq. Yaşlı nəsillə gənc nəslin fikri üst-üstə düşməyə bilər. Bu normaldır, qəbul etmək lazımdır. Yaşlı nəsil hər şeyi dünyanı gördüyü kimi oğlunu və gəlinini elə görmək, idarə etmək istəyir. Amma insan olan yerdə daim yenilik və dəyişim var. Hər kəs anlamalıdır, dünyada daim inkişaf gedirsə, insanlar da dəyişir, onların fikirləri, dünyaya baxışı fərqliləşir. Gənc və yeni ailə qurmuş insan hər şeyin gözəl olmasını istəyir. İnsanlar yaxşı yaşamaq, ailəsini özü kontrol etmək evinin müasir dizaynda olmasını istəyir. Bu böyüklərə hörmətsizlik deyil.

Sadəcə, insanın öz istəklərini reallaşdırmasıdır. Böyüyə hörmət adı ilə gənclər hüquqlarını itirməməli, istəklərinin üzərindən xətt çəkməməlidir. Biz elə başa düşürük ki, öz istəklərimizdən, zövqlərimizdən, arzularımızdan böyüklərə, yaşlılara görə keçməliyik. Bu hörmət deyil. Böyüklərə, qayınana-qayınataya hörmət belə deyil. İnsanlar aralarındakı məsafələri qorumalıdır. Aradan pərdə götürüləndə qıcıqlıq yaranır, davalar başlayır, iş məhkəmədə boşanma ilə bitir. Ailəyə qayınana-qayınata müdaxilə edəndə bəy gəlinin gözündə avtoritet ola bilmir, gəlinin gözündən bəy düşür, xəyalındakı qəhrəman qəhrəmanlığını itirir. Düşünür ki, bəy özünü müdafiə etmək, sözünü deyə bilmə gücünə malik deyil. O zaman bu problemlər ortaya çıxır. Hər xanım istəyir ki, öz ailəsi olsun, ailəni həyat yoldaşı ilə özü idarə etsin. Biz hörmətlə öz seçimlərimizi həyata keçirməyi ayırmalıyıq. İstəməzdim ki, qayınana faktoruna görə ailələr dağılsın. Çünki gənc ailə səriştəsiz olur, problemlərdən özü çıxmaq, güclənmək istəyir. Kənar müdaxilələr isə buna imkan vermir. Sivil düşünmək lazımdır.

Hər zaman gəlin və qayınana-qayınata və gənc ailə məqamlarında sivil davranmaq lazımdır. Hörməti və aradakı pərdəni qorumaq lazımdır. Biz hörmətin nə olduğunu anlamalıyıq. Praktikamda da rast gəlmişəm. Gəlin ilk gələn gündən pərdəni də qorumur və “səmimi” olmağa çalışır. Aradakı pərdəni götürür və getdikcə münasibətlər pozulur. Qayınana və gəlin münasibətlərinin pozulmasına bir səbəb də bəydən narazılığı aralarında danışmalarıdı. O zaman bəyin kişi modeli pozulur. Bizdə şablon fikir yaranıb ki, hamı bir-birini sevməlidir. Qayınana gəlini, gəlin qayınananı sevməli deyil, “sevgi”ni göstərməyə cəhd etmək lazım deyil. İnsan özü kimi olmalıdırvə qarşısındakına hörmət etməlidir. Süni münasibətlər ailəni dağıdır. Insanların bir-birindən gözləntisi az olmalıdır.

Xasiyyət uyğunsuzluğu da ailə münasibətlərini pozur. Bütün məsələlər ailələri dağıdır. Bunu böyütmək lazım deyil. İnsanların hamısının eyni xarakterdə olması mümkünsüzdür. Yeni qurulan ailədə 3 il ərzində xasiyyət uyğunlaşması gedir. Ailə üzvləri bu müddətdə bir-birini tanımalıdır, “xasiyyətimiz uyğun gəlmir” deyib, dərhal ayrılmaq olmaz. İki bacının xasiyyəti eyni olmur, bir qızla oğlanın xasiyyəti necə eyni olsun? Ailə quran gənclər səbirli olmalıdır, bir-birilərinə güzəştə getməlidir”.

Həkim ailədə qadının üzərinə düşən vəzifələrdən də danışıb: “Ailələrin dağılmasına bir səbəb də qadınların qoruyucu olmamasıdır. Kişilər ailəni qadının qorumasını istəyir. Qadınlar isə ailədən tez əl çəkəndə daşlar yerindən oynayır. Yeni ailə qurmuş xanıma getdiyi ailəni öyrənməyə vaxt lazım olduğu qədər, qayınanaya da gəlini tanımasına zaman lazımdır. “Qayınana pisdir, ya gəlin pisdir, yola getmirlər” deyib, kimisə günahlandırmaq olmaz. Onların bir-birini tanıması üçün zaman lazımdır. Gəlinlər ailəyə gələn kimi istəyir ki, qayınana onu sevsin. Amma elə olmur, tərəflər bir-birini tanımalıdır. Qızlar gedən kimi qayınana tərəfindən sevilməyi gözləməsinlər. Bu bir xəyaldır. Ailədə xanımın üzərinə yük çox düşür. Xanımlar ilk gündən ailəsinin təməlini qoymalıdır. Problemləri ər-arvad arasında həll olmalıdır, problem valideynlərə çatdısa, o ailədən ailə olmaz. Gənclər özlərini hazır hiss edəndə ailə qurmalıdır. Hər şey insanın dünyagörüşündən, daxili aləmindən asılıdır. Hər xanımın xəyalında ideal ailəsi olur. Gəlin gəldiyi ailədə xəyalının əksini görəndə stress keçirirlər, kontrolu itirirlər. belə olmamalıdır. Xanımlar səbirli və qoruyucu olmalıdır.

Psixoloq gənc ailənin ayrı yaşamaq istəməsinin problemə çevrilməsinə də toxunub: “Hər zaman demişəm: “El elə sığar, ev evə sığmaz”. Yeni ailə ilə yaşlı nəsil bir evdə yaşamasa, daha yaxşıdır. Bunu praktikama əsasən deyirəm. Yeni qurulan ailənin möhkəmlənməsi üçün vacibdir. Gənclər öz ayaqları üzərində dayanmasa ailələri möhkəmlənməz, uzunömürlü olmaz. Bəzən inciyirlər ki, qayınana ilə yaşamaq istəmirsən, qayınananı sevmirsən. Bu yanlış fikirlərdir. Məndən məsləhət alan insanlara da deyirəm ki, ailə münasibətlərinizi qoruyun, eyni zamanda öz dəyərlərinizə hörmət edin. Gənc ailə ayrı yaşayanda bəy də ailəsi üçün çalışır, məsuliyyəti artır. Bu isə ailənin uzunömürlü olmasına gətirib çıxarır”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ​Ərinə XƏYANƏT edən qadınlar artıb - Azərbaycanda boşanmaların müasir SƏBƏBLƏRİ

    ​Ərinə XƏYANƏT edən qadınlar artıb - Azərbaycanda ...

    21-12-2017, 20:12

  • 
  • Azərbaycanda 8 ayda 10 mindən çox AİLƏ DAĞILIB

    Azərbaycanda 8 ayda 10 mindən çox AİLƏ DAĞILIB ...

    13-10-2017, 12:02

  • 
  • Azərbaycanda 6 ayda 7 mindən çox ailə dağıldı

    Azərbaycanda 6 ayda 7 mindən çox ailə dağıldı ...

    15-08-2017, 13:37

  • 
  • Azərbaycanda 3 ayda 5 min insan boşanıb

    Azərbaycanda 3 ayda 5 min insan boşanıb ...

    10-07-2017, 19:06

  • 
  • Azərbaycanda dəhşətli boşanma tendensiyası

    Azərbaycanda dəhşətli boşanma tendensiyası ...

    15-01-2014, 22:56


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu