GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Azərbaycanda dəhşətli boşanma tendensiyası

Azərbaycanda dəhşətli boşanma tendensiyası

Tarix: 15-01-2014, 22:56 Bölmə :Ölkə Baxış: 1 394
Azərbaycanda dəhşətli boşanma tendensiyası
Hələ rəsmi rəqəmlərə görə, ötən il 12 minə yaxın ailə dağılıb; bu hallar ildən-ilə artır...

Azərbaycanda boşanmalara dair acınacaqlı statistika açıqlanıb. Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə görə, 2013-cü ildə 12 minə yaxın ailə dağılıb.

Statistikadan belə məlum olur ki, ötən il hər yeni qurulan 8 ailədən 1-i dağılıb. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda ötən il ərzində 86 mindən çox insan nikah bağlayıb. Bununla müqayisədə ötən il 11,7 min ailə yollarını ayırıb.

Boşanmalar ildən-ilə artır

Son rəqəmlər Azərbaycanda boşanmaların ildən-ilə artdığını təsdiq edir. 2012-ci ildə boşananların sayı 11 min olub. 2011-ci ildə ölkədə qeydə alınan 88 min 151 nikahdan 10 min 801-i pozulub. Bu isə 2010-cu ildə qeydə alınan boşanmaların sayı ilə müqayisədə 1901 fakt çoxdur. Belə ki, 2010-cu ildə rəsmi orqanlar tərəfindən ölkədə 8900 nikahın pozulması faktı qeydə alınmışdı.

Araşdırmalar göstərir ki, Azərbaycanda boşanmaların sayının artması tendensiyası 2004-cü ildən başlayıb. Həmin il cəmi 7 minə yaxın boşanma faktı qeydə alınmışdı. Lakin 2005-ci ildə boşanan ailələrin sayı 9 minə yaxınlaşıb, 2010-cu ildə isə yuxarıda qeyd olunduğu kimi, bu rəqəm artıq 10 mini keçirdi.



Rəsmi statistika hələ tam mənzərəni əks etdirmir

Lakin boşanmalara dair açıqlanan rəsmi statistika hələ bu ciddi sosial problemin tam mənzərəsini əks etdirmir. Çünki söhbət rəsmi qeydə alınmış nikahların pozulmasından gedir. Azərbaycanda isə rəsmi nikahlarla yanaşı qeyri-rəsmi nikahlarda, bir çox hallarda dini nikahlarda yaşayan çoxsaylı ailələrin olduğu yeni məsələ deyil.

Dövlət Statistika Komitəsindən virtualaz.org saytına verilən məlumata görə, 2000-ci ildə qeyri-rəsmi nikahdan 6282 uşaq dünyaya gəlib. Bu isə ümumi doğulan uşaqların 5,4 faizi idi.

Maraqlıdır ki, 2003-cü ildən etibarən qeyri-rəsmi nikahlardan doğulan uşaqların sayı da sürətli templə artmağa başlayıb. Belə ki, 2003-cü ildə qeyri-rəsmi ailələrdə doğulanların sayı 12 minə yaxınlaşıb.

1 il sonra - 2004-cü ildə nikahsız ailələrdə 27 minə yaxın uşaq dünyaya gəlib ki, bu da il ərzində doğulan uşaqların 20,3 faizini təşkil edirdi.

2010-cu ildə nikahı olmayan ailələrdə 25,4, 2011-ci ildə 31 min, 2012-ci ildə isə 27 min uşaq doğulub.

İnsan haqları müdafiəçiləri bildirir ki, qeyri-rəsmi nikahda olan ailələrdə boşanma daha geniş miqyas alıb. Belə ailələrdə boşanmaların 40 faiz olduğu təxmin edilir.



Ailələr niyə dağılır?!

Bəs Azərbaycanda hər il minlərlə, on minlərlə ailənin dağılmasının hansı səbəbləri var? Bu artım tendensiyası nə ilə bağlıdır və ənənəvi olaraq ailə institunun möhkəm hesab edildiyi mühafizəkar cəmiyyətdə boşanmaların baş alıb getməsinə hansı amillər təsir edir?

“Azərbaycanda boşanan ailələrin sayı rəsmi statistikadan bir neçə dəfə artıqdır. Çünki ailə inistitutu məhv olmaq üzrədir” - bunu virtualaz.org saytına açıqlamasında “Təmiz Dünya” Qadınlara Yardım Mərkəzinin rəhbəri Mehriban Zeynalova deyir.

Hüquq müdafiəçisi bildirir ki, əvvəllər mövcud olan ağsaqqallar inistitutu da dağılıb: “Ağsaqqalların ailəyə təsiri azalıb. İqtisadi asılılıq, gənclərin sərbəstliyə meylliliyi, maddi problemlər boşanmalara təsir göstərir. Azərbaycanda ailə modeli tam formalaşmayıb”.



“Boşanmalarda internetin və TV-dəki düşük verilişlərin də rolu var...”

M.Zeynalova qeyd etdi ki, vətəndaşların nikah aktlarının qeydiyyatı orqanları yalnız nikah bağlamaqla məşğuldur: “Onlar nikah bağlamaq üçün müraciət edən gənclərlə ailədə ər-arvadın öhtəlikləri ilə bağlı izahat vermirlər. Ümumiyyətlə, ailədə ər-arvadın vəzifəsi haqqında maarifləndirici tədbirlər yox səviyyəsindədir”.

Təşkilat rəhbəri boşanmalarda internetin və bəzi televiziya verilişlərinin də rol oynadığını vurğuladı: “Bəzi televiziya verilişləri öz düşük verilişləri ilə gənc qızları təsirləndirir, qadınlar sərbəst yaşamağa meyllənirlər. Gənc ailələr kənar müdaxilələri qəbul etmir. Bundan əlavə, gənclərin öz valideynlərindən iqtisadi asılılığı da boşanmalara təsir edən səbəblər sırasındadır”.

Hüquq müdafiəçisi qeyri-rəsmi nikahlar arasında boşanmaların statistikaya əlavə edilmədiyini, rəsmi statistikanın reallığı əks etdirmədiyini də bildirir: “Ötən il nikahsız ailələrdə 150 min uşaq dünyaya gəlib. Belə ailələrin sayı çox olsa da onlar arasında boşanmaların səviyyəsi araşdırılmır. Rəsmi nikah bağlamayan ailələrdə qadınların hüquqları pozulur”.



Psixoloq deyir ki....

Psixoloq Mehriban Abbasova isə virtualaz.org saytına açıqlamasında gənclərin ailə həyatına hazırlanmadığını dedi: “Bu, olduqca önəmli faktordur. Gənclər ailə həyatına hazırlanmalıdır. Ailələnin həm maddi, həm də mənəvi sıxıntıya dözməsi üçün gənclər hazırlıqlı olmalıdır. Bundan əlavə, müşahidələr boşanmalara kənar müdaxilələrin də səbəb olduğunu göstərir. Sonrakı yerdə maddi durum, iqtisadi asılılıq, ailə zorakılığı, qadınların sərbəstliyə meylliliyi, qısqanclıq durur. Ər-arvad arasında fikir ayrılıqları da boşanmalara səbəb olan amillər sırasındadır”.

Psixoloq bildirdi ki, boşanmadan əvvəl ailəyə psixoloji yardım olunmalıdır: “Əksər ölkələrdə boşanmaq istəyənlər məcburi psixoloji müayinəyə göndərilir. Psixoloji dəstək alan gənclər boşanmaq qərarını yenidən nəzərdən keçirirlər. Azərbaycanda da bu təcrübədən istifadə edilməlidir”.



Boşanmalar gəncləşir

Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova isə boşanan ailələrdə gəncləşmənin narahatlıq doğurduğunu deyir: “Dünən bir-birini sevdiyini deyən gənclər toydan bir-iki ay sonra anlaşa bilmədiklərini deyirlər. Amma bəzən boşanmalar ailə zorakılığının, sonrakı faciələrin baş verməsini də əngəlləyir. Məsələn, ötən il ailə münaqişəsi nəticəsində onlarla qadın qətlə yetirildi. Buna görə də ayrılmaq üçün müraciət edən ailələrə fərdi yanaşmaq lazımdır”.

Hüquq müdafiəçisinin fikrincə, yeni ailə quranlara güzəştlər verilməlidir: “Yeni ailələrin sosial problemlərinin həlli üçün layihələr, proqramlar hazırlanmalıdır. Əks halda Azərbaycan ailə ənənəsini tamamilə itirəcək”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda ötən il 1800 körpə ölüb

    Azərbaycanda ötən il 1800 körpə ölüb ...

    14-01-2014, 11:38

  • 
  • Azərbaycanda 8 ildə 200 minə yaxın uşaq nikahdan kənar doğulub

    Azərbaycanda 8 ildə 200 minə yaxın uşaq nikahdan ...

    27-12-2013, 17:12

  • 
  • 1652 qız əcnəbiyə ərə gedib- Azərbaycanda

    1652 qız əcnəbiyə ərə gedib- Azərbaycanda ...

    7-02-2014, 21:18

  • 
  • 6 ay ərzində 102 boşanma faktı qeydə alındı

    6 ay ərzində 102 boşanma faktı qeydə alındı ...

    6-08-2013, 22:46

  • 
  • Azərbaycanda hər 1000 kişiyə 1012 qadın düşür

    Azərbaycanda hər 1000 kişiyə 1012 qadın düşür ...

    14-02-2014, 01:36


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu