GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Dəm qazından zəhərlənmələrə görə məsuliyyəti hansı dövlət qurumu daşıyır?

Dəm qazından zəhərlənmələrə görə məsuliyyəti hansı dövlət qurumu daşıyır?

Tarix: 19-12-2018, 12:05 Bölmə :Maraqlı Baxış: 360
Dəm qazından zəhərlənmələrə görə məsuliyyəti hansı dövlət qurumu daşıyır?


Dekabr ayında az qala hər gün birdən çox adam dəm qazından zəhərlənib.

Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri, Səhiyyə Nazirliyinin baş toksikoloqu Azər Maqsudovun verdiyi məlumata görə, dekabr ayının ilk yarısında dəm qazından zəhərlənənlərin sayı 21 nəfər olub.

Baş toksikoloq deyir ki, qış aylarında, havalar soyuyanda dəm qazından zəhərlənmə ilə bağlı müraciətlərin sayı artır. Son iki ay yarımda zəhərlənənlərin sayı 40 nəfəri ötüb.

Bəs, hər il onlarla can alan bu problemin həlli nədir?

Fövqəladə Hallar Nazirliyi, Azəriqaz İstehsalat Birliyinin rəsmiləri adətən dəm qazından zəhərlənmələrin səbəbini vətəndaşların təhlükəsizlik qaydalarına əməl etməmələrində görürlər. Əsas səbəblər kimi də nasaz, standarta uyğun olmayan qaz cihazları, tıxanmış tüstü bacaları göstərilir.

Amma müstəqil eskpertlər zəhərlənmələrə səbəb kimi əsasən onun keyfiyyətsizliyi, tüstü bacalarının yoxlanmaması və qaz nəqlinin xəbərsiz kəsilib, yenidən verilməsini göstərirlər.

Bacaları kim yoxlasın?

Tüstü bacalarının vaxtında təmizlənməməsini adətən ekspertlər də, rəsmilər də vurğulayırlar. O zaman ortaya sual çıxır, tüstü bacalarını kim təmizləməlidir?

Bu sualın cavabı Nazirlər Kabinetinin “Qazdan İstifadə Qaydaların”da var. Həmin qaydaların 2.7-ci bəndində qeyd olunur ki, Fövqəladə Hallar və Energitika nazirliyinin səlahiyyətli nümayəndələri istehlakçını 5 iş günü əvvəldən məlumatlandırmaqla qazdan səmərəli istifadəni, məişət qaz qurğularının təhlükəsiz və etibarlı istismar edilməsini təmin etmək üçün həmin qurğulara, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirməlidirlər.

Bakı sakini Cahangir Məmmədov deyir ki, sonuncu dəfə yaşadığı binanın tüstü bacasının nə vaxt yoxlanıldığını xatırlamır:

“Dövlət qurumları sovet vaxtı gəlib tüstü bacalarını yoxlayırdı. Xüsusi qurum var idi, həmişə gəlib baxırdı. Amma indi buraxılıb başlı-başına”.

Gün ərzində Fövqəladə Hallar Nazirliyində suallarımızı cavablayacaq kimsəni tapa bilmədik.

“Azəriqaz” İstehsalat Birliyinin sözçüsü İbrahim Kərbalyev isə bildirdi ki, aidiyyatı qurumlar tüstü bacalarına nəzarət edir:

“Tüstü bacalarının yoxlanması AzəriQazın səlahiyyətində deyil. Amma aidiyyatı qurumlar yoxlamaları aparır. Lakin görülən işlərə baxmayaraq, dəm qazından zəhərlənmə halları baş verir. Bu hadisələr zamanı aparılan araşdırmalar göstərir ki, istehlakçı təhlükəsizlik qaydasına əməl etməyib”.

Fövqəladə Hallar Nazirliyi yalnız xəbərdarlıq edir?

Neftçilərin Hüquqlarını Müdafiə Mərkəzinin rəhbəri Mirvari Qərhərmanlı deyir ki, onun təşkilatı dəm qazından zəhərlənmə hallarını da nəzarətdə saxlayır.

O bildirir ki, adətən hökumət rəsmiləri dəm qazından zəhərlənmələri vətəndaşın üzərinə atır, öz yaxasını isə kənara çəkir. Amma qanunla vətəndaşın evində təhlükəsizlik qaydalarına əməl olunub- olunmamasını yoxlamaq birbaşa dövlət qurumunun, Fövqəladə Hallar Nazirliyinin səlahiyyətindədir.

"Tüstü bacalarının təmizlənməməsi həyatınız üçün təhlükədir!" Bu xəbərdarlığı Fövqəladə Hallar nazirliyi öz saytında edir. Həmin xəbərdarlıqda vurğulanır ki, tüstü bacalarının vaxtlı-vaxtında təmizlənməməsi dəm qazından zəhərlənmə ilə nəticələnə bilər. Neftçilərin hüquqlarının müdafiə mərkəzinin rəhbəri Mirvari Qəhrəmanlı iddia edir ki, məhz dövlət qurumlarının səhlənkərlığı ucbatından hər il onlarla istehlakçı dəm qazının qurbanı olur:

“Bu qırğının, müharibəsiz qırğının qarşısı alınmalıdır. Mən bunu cinayət adlandırıram. Çünki hər il dəm qazından ölənlər olur. Bir ailənin bir neçə üzvününü ölməsi halları olur. Zəhərlənmə kütləvi xarakter daşıyır. Amma buna görə nə işindən azad olunan, nə də cinayət məsuliyyətinə cəlb edilən bir kəs olub. Bu da o anlama gəlir ki, bu problemin qarşısını almaq marağı yoxdur. Hər il ölümlərin də səbəbi məhz bu cəzasızlıqdır”.

2018-ci ilin ilk günlərində Zaqatalada ana və iki övladı, mart ayında Sumqayıtda bir ailənin 6 üzvü dəm qazından zəhərlənib öldü. Bunlar il ərzində dəm qazından zəhərlənmələrə bir neçə nümunə idi. Mirvari Qəhrəmanlı düşünür ki, dövlət qurumları heç bir addım atmırsa, heç olmasa vətəndaşlar öz təhlükəsizliklərinə bacardıqları qədər diqqət ayrısınlar. Dəm qazından qorunma yollarını öyrənsilər. Onun sözlərinə görə, dövlət qurumları müxtəlif maarifləndirici çarxlar hazırlayıb. Lakin təəssüflənir ki, bu çarxlar əhali arasında yayılmır, televiziyalarda göstərilmir.

Bəs, sıravi vətəndaşlar dəm qazından qorunmaq haqda nələri bilirlər? AzadlıqRadiosu bu barədə Bakı sakinləri arasında sorğu aparıb:


Rəsmilər dəm qazından zəhərlənmələri məhz vətəndaşın təhlükəsizlik qaydalarına əməl etməməsində görürlər. “AzəriQazı”n keçmiş əməkdaşı Nüsrət İbrahimov isə deyir ki, bu təhlükəsizlik qaydalarının yoxlanması dövlət qurumlarının işidir, onlar gedib vaxtlı-vaxtında yoxlama aparmalıdır. Əks halda hər il dəm qazı can almaqda davam edəcək və bu hər kəsin başına gələ bilər.//AzadlıqRadiosu
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Gəncədə 3 tələbə dəm qazından zəhərlənib

    Gəncədə 3 tələbə dəm qazından zəhərlənib ...

    8-01-2017, 22:38

  • 
  • Siyəzəndə iki nəfər dəm qazından zəhərlənib

    Siyəzəndə iki nəfər dəm qazından zəhərlənib ...

    24-02-2014, 00:18

  • 
  • Üç nəfər dəm qazından zəhərləndi

    Üç nəfər dəm qazından zəhərləndi ...

    28-01-2014, 13:37

  • 
  • Tovuz sakini dəm qazından zəhərlənib

    Tovuz sakini dəm qazından zəhərlənib ...

    8-01-2017, 22:56

  • 
  • 3 nəfər dəm qazından öldü

    3 nəfər dəm qazından öldü ...

    21-12-2013, 13:06


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (127)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu