Bu gün axşam saatlarında Siyəzən rayonunda dəm qazından zəhərlənmə faktı qeydə alınıb.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, Siyəzən rayon sakini, 1996-cı il təvəllüdlü İxtiyar İbrahimov və Siyəzən rayonu, Gilgilçay qəsəbə sakini, 1998-ci il təvəllüdlü Aydan Həsənova dəm qazından zəhərləniblər.
Onlar Siyəzən Regional Müalicə Diaqnoztika Mərkəzinə yerləşdiriliblər. Onların vəziyyətinin orta-stabil olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?